İran beynəlxalq müfəttişlərin hərbi obyektləri yoxlamasına icazə verilməyəcəyini bir daha təkrar edib. İran bunu ABŞ Dövlət katibi Con Kerri və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tarixi nüvə razılaşmasının əldə edilməsinə nail olmaq üçün Cenevrədə görüş keçirdiyi zaman bildirib.
İranın müzakirəçilərdən ibarət nümayəndə heyətinin başçısının müavini Abbas Araxçı deyib ki, BMT müfəttişlərinin İran alimlərinə suallar verməis və hərbi obyektləri yoxlaması danışıqlara daxil deyil.
İranın nüvə obyektlərinin yoxlanışı Qərbin əsas tələblərindən biridir.
Con Kerri və Məhəmməd Cavad Zərif arasında altı saat sürən danışıqlar yekun razılığın əldə edilməsi üçün qoyulmuş son möhlət olan iyunun 30-dan əvvəl keçirilib.
Dövlət Departamentinin bir rəsmisi danışıqları bütün məsələlər üzrə əhatəli müzakirələr kimi dəyərləndirib.