Accessibility links

İran BMT müfəttişlərinin hərbi obyektləri yoxlamasına razılıq verib


İran mübahisə nüvə proqramı barədə gələcək razılığın bir hissəsi kimi BMT müfəttişlərin hərbi obyektlərə getməsinə məhdud icazə verib. Bu barədə bu gün açıqlama verən müzakirəçinin sözləri ölkənin ali dini liderinin daha əvvəl verdiyi açıqlama ilə ziddiyyət təşkil edir.

İRanın xarici işlər nazirinin müavini Abbas Araqçı açıqlamasını dövlət televiziyası yayımlayıb. Məlumata görə bu açıqlama o və xarici işlər naziri Cavad Zərifin qapalı parlament sessiyasında iştirakından sonra verilib.

"İran hərbi obyektlərə məhdud giriş imkanı verməyə razılaşıb" deyə televiziya Araqçıya istinadən bildirib.

Bağlı qapılar arxasında keçirilən sessiyada iştirak edən parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü olan Əhməd Şuhani deyib ki, hərbi obyektlərdə məhdud yoxlama ciddi nəzarət və xüsusi şərtlər altında keçiriləcək.

İranın ali dini lideri Ayətulla Əli Xamaneyi çərşənbə günü söz vermişdi ki, beynəlxalq müfəttişlərə İranın hərbi obyektlərini yoxlamağa icazə verilməyəcək. İranın hərbi liderləri də sərt şəkildə bu tələbi rədd etmişdilər.

XS
SM
MD
LG