Accessibility links

Ramin Cabbarlı: Azərbaycanlılar mədəni, siyasi haqlarını tələb etdikləri kimi, ətraf mühitlə bağlı haqlarından da bəhs edirlər


Ramin Cabbarlı: Azərbaycanlılar mədəni, siyasi haqlarını tələb etdikləri kimi, ətraf mühitlə bağlı haqlarınından da bəhs edirlər
please wait

No media source currently available

0:00 0:15:39 0:00

“Bu hesabat bir neçə baxımdan diqqət çəkir, amma etnik ayrıseçkiliklərlə və təzyiqlərlə bağlı məsələlərə elə də geniş yer veilməyib.” Bu sözləri ABŞ Dövlət Departamentinin bu həftə ictimailəşdirdiyi dünyada insan haqlarının durumu ilə bağlı hesabatın İranla bağlı hissəsini şərh edərkən Vaşinqton Universitetinin doktorantı Ramin Cabbarlı dedi.

ABŞ Dövlət Departamentinin hesabatında bildirilir ki, İran hökuməti ölkənin etnik azlıqları olan azərbaycanlılar, kürdlər, əhvaz ərəbləri, bəluclar və digər qrupların şikayətlərini dinləmir, onların tələblərini səsləndirməyə imkan vermir və fəalların həbsi də daxil olmaqla onları təqib edir.

Ramin Cabbarlının sözlərinə görə, hesabatda İranda etnik haqlarını müdafiə edən fəallar arasında uzunmüddətli həbs cəzası alanlar, işgəncəyə məruz qalanlar, mədəniyyət və ətraf mühit məsələləri ilə bağlı ayrıseçkiliklər haqda qısa məlumat verilir.

Qlobal istiləşmənin və suya çıxışın azalması ilə bağlı problemlərin dünyanın bir çox yerində müşahidə edildiyini qeyd edən Ramin Cabbarlı əlavə etdi ki, İranda bu problemlərin həlli məsələsində etnik azlıqların yaşadığı ərazilər, digər ərazilərdən fərqli olaraq diqqətdən kənarda qalır:

“Sərmayələr, suya daha çox ehtiyacı olan fabrikaları mərkəzdə, farsların daha çox yaşadığı ərazilərdə tikilir və suları həmin ərazilərlərə başqa etniklərin yaşadığı yerlərdən yönləndirirlər. Bu baxımdan başqa etniklər buna görə əziyyət çəkirlər. Ərəblər ona görə etiraz edirdilər uzun müddət.”

Etnik azərbaycanlıların ətraf mühitlə bağlı problemləri haqda danışarkən Ramin Cabbarlı qeyd etdi ki, Urmiyə gölündə müşahidə edilən qurumanın nəticəsində həm orada yaşayan insanların sağlamlığına təhlükə yaranır, həm də ərazilərə təsir edərək, oranı əkin üçün yararsız edir.

“Azərbaycanlılar mədəni haqlarını, siyasi təmsilçilik haqlarını tələb etdikləri kimi, insan haqları ilə iç-içə olan ətraf mühitlə bağlı haqlarından bəhs edir və dövlətin addım atmasını tələb edirlər.”

Ramin Cabbarlı həmçinin bildirdi ki, sosial medianın populyarlaşması ilə etnik azlıqların yaşadığın problemlər haqda həm ölkə daxilində, həm də ölkə xaricində məlumatlılığı artırsa da, bu məlumatlılıq etnik azlıqların yaşadığı ayrıseçkiliyin aradan qaldırılmasına təkan verməyib.

“Əgər mədəni haqlardan danışırıqsa, mədəni haqlar verilməyib. Əgər azərbaycanlı kimliyi ilə bağlı siyasi təmsilçilikdən söhbət gedirsə, hər hansı bir dəyişiklik yoxdur. Təəssüf ki, nə siyasi, nə iqtisadi, nə də mədəni məsələlərdə dəyişikliklər yoxdur.”

Etnik azlıqların hüquqlarının müdafiə edən fəalların üzləşdiyi təzyiqlərdən danışarkən Ramin Cabbarlı qeyd etdi ki, bu təzyiqlər müxtəlif formalarda olur və şifahi təhdidlərdən tutmuş həbs cəzalarına qədər dəyişə bilir:

“Bizim son illər gördüyümüz trend odur ki, daha uzunmüddətli həbs cəzaları verilir. Məsələn, son illər ən uzunmüddətli həbs cəzası alan azərbaycanlı fəal Səid Mətinpur idi ki, 8 illik həbsə məruz qalmışdı. İndi isə 8 il, 9 il, 15 il həbslər görürük. Məsələn, Abbas Lisani 15 ildən artıq həbsə məhkum edilib.”

Keçən ay Məşhəd şəhərində İran və Livan futbol yığmalarının dünya çempionatının seçmə mərhələsində keçirdikləri beynəxalq matçda iranlı qadın azarkeşlərin stadiona giriş üçün biletlərinin olmasına baxmayaraq, içəri buraxılmadıqlarını və bəzilərinə qarşı bibər qazının istifadə edildiyini şərh edən Ramin Cabbarlı bildirdi ki, İranda qadınlara qarşı olan ayrıseçkilik yalnız idman yarışları ilə bağlı deyil və hakimiyyətin bütövlükdə ictimai yerlərdə qadınların iştirakı ilə bağlı problemi var.

“FIFA və digər bənzər idman təşkilatları beynəlxalq matçlarla bağlı hakimiyyətə təsir edə bilir, amma bu problemi həll etmir. Başqa yerlərdə problemlər qalır. Qadınların geyimləri ilə bağlı hərhansı bir azadlığı yox, vərasət məsələsində ayrıseçkilik var, ailədaxili şiddət yüksək dərəcədə, qadınların sığınacaq yerləri yoxdur... Bütün bunlar davam edir. Əslində ciddi bir dəstək də yoxdur. Təəssüf ki, İranda güclü bir feminist hərəkatdan danışmaq mümkün deyil.”

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG