Accessibility links

İntiqam Əliyev: Bizim dəyərlər insan haqları, onların dəyərləri hakimiyyət hərisliyi və zorakılıq


Fevralın 4-də Vyanada Avropa Vəkillər Birliyinin (CCBE) 124-cü fövqəladə sessiyasında həbsdə olan vəkil İntiqam Əliyevə CCBE-nin ali insan haqları mükafatı təqdim olunub. Təqdimat mərasimində Əliyevin həbsxanadan göndərdiyi çıxışının mətni təqdim olunub. Çıxışın mətnini vəkilin oğlu Nəcmin Kamal oxuyub.

Çıxışı təqdim edirik:

Təəssüf ki, mənim ölkəmdə də bu durum ağır olaraq qalır.

Dəyərli dostlar, Yüksək etimada, bu xoş hissləri mənə və yaxınlarıma yaşatdığınıza görə namizədliyimi irəli sürənlərə və dəstəkləyənlərə təşəkkürümü çatdırıram. 21-ci əsrdə hələ də elə ölkələr qalmaqdadır ki, orada insan haqları ziyanlı, bu fəaliyyətlə məşğul olan insanlar təhlükəli sayılırlar, onları təqib edirlər, öldürürlər, həbsə atırlar. Təəssüf ki, mənim ölkəmdə də bu durum ağır olaraq qalır.

Bu anlarda ölkəmdə əqidələrinə görə həbsə atılmış onlarla dostlarımı - jurnalistləri, gənc fəalları, siyasiləri, hüquq müdafiəçilərini qürür hissi ilə xatırlayıram.

Mən bu xoş anlarda həmçinin peşə fəaliyyətlərini həyata keçirdiklərinə görə dünyanın müxtəlif güşələrində həbsə atılmış həmkarlarımı xatırlayıram.

Bu mükafatda adımı hansısa mənada simvolik sayıram: bunu həm həbsdə olan dostlarıma, həm də çox ağır duruma baxmayaraq fəaliyyətini davam etdirən vətəndaş cəmiyyətinin fəaliyyətinə verilən qiymət və dəstək kimi qiymətləndirirəm. Mən bu xoş anlarda həmçinin peşə fəaliyyətlərini həyata keçirdiklərinə görə dünyanın müxtəlif güşələrində həbsə atılmış həmkarlarımı xatırlayıram.

İntiqam Əliyevə mükafatın təqdima edilməsi
İntiqam Əliyevə mükafatın təqdima edilməsi

Bəzi ölkələrdə vəkillik riskli peşələrdən birinə çevrilib. Mənim ölkəmdə də həyatlarını, azadlıqlarını risk altına alaraq, son illərin ağır siyasi məhbus yükünü öz çiyinlərinə götürmüş vəkillər var, onlar əsl qəhrəmandırlar. Bu mükafatda onların da payı var.

Məktub bir fikirlə bitir: “Bizim sevgimiz onların nifrətindən güclüdür”. Az sonra onun özünü də həbs etdilər. Bu şəxs təkcə Azərbaycanda yox, onun hüdudlarından çoc-çox uzaqlarda söz azadlığının, igidliyin simvoluna çevrilmiş jurnalist Xədicə İsmayilovadır.

Həbs olunandan sonra dostlarımdan birindən dəstək məktubu almışdım. Məktub bir fikirlə bitir: “Bizim sevgimiz onların nifrətindən güclüdür”. Az sonra onun özünü də həbs etdilər. Bu şəxs təkcə Azərbaycanda yox, onun hüdudlarından çox-çox uzaqlarda söz azadlığının, igidliyin simvoluna çevrilmiş jurnalist Xədicə İsmayilovadır. Sərt senzuraya baxmayaraq, Xədicədən, həbsdə olan digər dostlarımdan, həmçinin azadlıqda olan çoxsaylı dostlarımdan, tanıdığım və tanımadığım insanlardan sevgi dolu məktublar almaqdayam və onlara eyni məzmunlu cavablar yazmaqda davam edirəm: “Möhkəm olun dostlar. Bizim sevgimiz onların nifrətindən güclüdür! Çünki bizim söykəndiyimiz dəyərlər sülh, demokratiya və insan haqlarıdır, onların dəyərləri isə hakimiyyət hərisliyi və zorakılıqdır. Bir daha əməyimə verilən bu yüksək dəyərə görə CCBE təşkilatına ən dərin minnətdarlığımı və ehtiramımı çatdırıram.

XS
SM
MD
LG