Accessibility links

Intiqam Əliyev ali insan haqları mükafatına layiq görülüb


Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev daha bir beynəlxalq mükafata - Avropa Vəkillər Birliyinin (CCBE) ali insan haqları mükafatına layiq görülüb.

Bu barədə hüquq müdafiəçisinin oğlu Nəcmin Kamal Facebook səhifəsində yazıb.

Mükafat Vyanada CCBE Daimi Komitəsinin 124-cü fövqəladə Plenumunda təqdim olunub.

İntiqam Əliyev daha öncə "People in Need" təşkilatının, Norveç Helsinki Komitəsinin və Beynəlxalq Vəkillər Kollegiyasının mükafatlarına da layiq görülüb.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və israfçılıq ittihamları ilə həbs edilib. 2015-ci il aprelin 22-də o, 7,5 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 21-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

“Amnesty International” təşkilatı İntiqam Əliyevi "vicdan məhbusu" elan edib.

CCBE öz sıralarında 32 Avropa ölkəsindən 1 milyon hüquqşünasını birləşdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG