Accessibility links

İntiqam Əliyevin apellyasiya şikayəti təmin olunmayıb [Video]


İntiqam Əliyevin apellyasiya şikayəti təmin olunmayıb
please wait

No media source currently available

0:00 0:01:47 0:00

İntiqam Əliyevin apellyasiya şikayəti təmin olunmayıb

Hüquq müdafiəçisi siyasi sifarişlə həbs olunduğunu bildirib

Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə “Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi İntiqam Əliyevin apellyasiya şikayətinə baxılıb.

Apellyasiya Məhkəməsi birinci instansiya məhkəmənin qərarını qüvvədə saxlayaraq, hüquq müdafiəçinin şikayətini təmin etməyib.

İntiqam Əliyev məhkəmədə çıxışında həbsinin bir daha siyasi sifarişli olduğunu deyib və o son zamanlar həbs olunan gəncləri, hüquq müdafiə fəallarını xatırladıb.

Hakim İ.Əliyevin çıxışını dəfələrlə kəsərək mahiyyət üzrə danışmağı tələb edib. Əliyev isə hakimlərə mahiyyət üzrə danışdığını və məhkəmədən heç nə xahiş etmədiyini deyib.

Hüquq müdafiəçisinin səhhətinə gəlincə vəkil hələlik heç bir problem olmadığını və saxlanma yerindən şikayət etmədiyini deyib.

İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətiimkan tədbiri seçib.

“Amnesty International” hesab edir ki, həbs birmənalı şəkildə İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır.

“Amnesty International” onu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG