Sual: Məmməd müəllim, 20 Yanvar hadisələri sizin yadınızda necə qalıb?
Cavab: 20 Yanvar hadisələri elə hadisələrdir ki, bir millətin taleyində, bir millətin tarixində çox önəmli yerə sahibdir, dönüş deyə bilərik. Mənim bir düşüncəm var. Qəmini qoruya bilməyən xalq, xalq olaraq yaşaya bilmir. Mənim xatirimdə yanvar hadisələri bizim tariximizin ən qanlı günlərindən biri kimi qalıb. Dediyim kimi, qəmini qoruya bilməyən xalq ölümə məhkumdur, yaşaya bilmir. O bir topluluqdur.
O gecə bügünkü kimi mənim yadımdadır. Bakının doğma səmasını Rusiya-Ermənistan birləşmələrinin güllələri cadar-cadar edəndə Azərbaycan televiziyasının enerji bloku partladılanda, Azərbaycan radiosu bizim maymaq rəhbərliyimizin əli ilə susduralanda, qəzetlərə çıxmaq imkanı verilməyəndə biz nə hal yaşayırdıq. Dünya kar idi, dünya kor idi, bizim səsimizi eşidən yox idi. O dərd elə bir dərddi ki, yenilmək dərdi, güclünün qollarını arxadan burub gücsüzə döydürmək dərdi, hər bir Azərbaycan türkünün yadından çıxarsa, bu millətin yaşamaq haqqı yoxdur.
Sual: Yaradıcılığınızda bu mövzuya ver vermisinizmi?
Cavab: O hansı şairdi ki, bu dərdləri yaşaya və ona yer verməyə. Mənim bir şerim var:” Bu qan yerdə qalan deyil.” Bu qan yerdə qalan deyil deyirəm mən, amma nə yazıq ki, bu qan hələ də yerdə qalır.
Azadlıq umurdunmu sən, bu meydan
İlahi dilində inləyir kaman
Nə deyir qolları bağlanan insan
Qan, qan, qan
Nə əvəz edəcək ölən kəsləri
Dəyməmiş biçilən tər həvəsləri
Layla əvəzimi güllə səsləri
Nə deyir daş əlin yazdığı fərman
Toprağa gömülən neçə qəhrəman
Ölüm sabahına o sökülən dan
Qan, qan, qan
Səbəbi, səbəbi nə oldu tökülən qanın
Neçin yurdun adı Qarabağ oldu
Qarabağ, Qarabağ
Azəraycanın köksündə qara dağ oldu
Demə varlığını millət əyibdi
Qəsdlə öcə düşüb millət əyibdi
Xalqımın, xalqımın köksünə güllə dəyibdi
Qan axır şerimin misralarından
...............................................
Sual: Məmməd müəllim Azərbaycanın bədii yaradaıcılığında bu mövzu hələ kədər mövzusu kimi qalır, yoxsa qəhrəmanlıq mövzusuna çevrilib?
Cavab: Bilirsinizmi, tarixi hadisələri isti-isti şerə gətirmək, nəsrə gətirmək bir növ günü qurtarmaq kimi bir şeydir. Tarixi hadisələr bəzən uzun zaman keçdikdən sonra ədəbi örnəyə çevrilir, sözün həqiqi mənasında ədəbiyyat əsərlərinə çevrilir. Deyərdim ki, 1812-ci il hadisələri, Napoleonun Rusiyaya səfəri, rusların yenilməsi, sonra qalib gəlməsi 1828-ci ildə Lev Nikolaeviç Tosltoyun yaradacığı “Hərb və Sülh” romanında əks olunmalıydı. Əlbəttə, iki tərəfdən də yanaşmaq olar. Bir tərəfdən, zorla yenildilən bir xalqın fəryadını dilə gətirən əsərlər, o biri tərəfdən üsyankar türk şairi Midhət Camal Güntayın belə misraları var. Deyir ki.
Bayraqları bayraq yapan üstündəki qandır,
Topraq əgər uğrunda ölən varsa vatandır.
Şəhid olan qardaş, bacılarımızın ruhları şad olsun. Yəni, bayraqları bayraq yapan rəngindəki qandır. Bu anlamda, Azərbaycan ədəbi motivlərində iki tərəfi də görmək olar. Həm qəm var, kədər var. Müəyyən mənada yenilmək dərdi var. O biri tərəfdən də üsyankarlıq tarixi var, qəhrəmanlıq var.