Accessibility links

Səid Said: Almanlara siyasi məhbuslarımızı, Güney Azərbaycanı tanıdırıq [Audio]


Səid Said
Səid Said
Almaniyada yaşayan güneyli insan haqları fəalı və Amnesty Internationalın əməkdaşı Səid Said Amerikanın Səsi ilə müsahibədə Almaniyanın muxtəlif şəhərlərində güneyli məhbuslarla bağlı təşkil etdikləri kampaniyalar haqqında danışıb. O, bu kampaniyaların mahiyyət, təşkili və nəticələrini açıqlamaqla yanaşı, güneyli fəallar və təşkilatların insan haqları sahəsində fəaliyyətlərini dəyərləndirib.
Səid Said Avropada təşviqat işləri barədə danışır
please wait

No media source currently available

0:00 0:15:38 0:00

Səid Said ötən üç ildə Amnesty International ilə əməkdaşlıq edərək, Almaniyanın muxtəlif şəhərləri, o cümlədən Heydelberq, Frankfurt və Kölndə güneyli məhbusları müdafiə üçün imza və poçt kart kampaniyaları təşkil edib.
Burada Azərbaycan deyəndə, ancaq Azərbaycan Respublikasını tanıyırlar. İran daxilində olan Azərbaycanı bilmirlər. Halbuki bir çoxunun İranda yaşayan Kürdlər ilə bağlı məlumatı vardır.
Səid Said
“Onlar bizim haqlarımızdan ötrü həbs edilib. Onları müdafiə etmək bizim vəzifəmizdir,”deyə qeyd edən Saidin fikrincə, milli fəallar güneydəki insan haqları pozuntuları ilə bağlı fəaliyyət göstərmək və məhbusların səsini beynəlxalq topluma çatdırmaq istiqamətində Avropada mövcüd olan bir çox potensiallardan yararlana bilərlər.

Güneyli hüquq müdafiəçisi bir neçə il öncə İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyinin (ADAPP) təşəbbüsü ilə Amnesty Internationalın Almaniya şöbəsi ilə əlaqəyə girərək bu fəaliyyətlərə başladığını bildirib.
“Heydelberq, Frankfurt və Köln kimi şəhərlərdə təşkil etdiyimiz kampaniyalarda alman vətəndaşlara məhbuslarımız haqqında məlumat verib və onlardan bu məhbusları müdafiə üçün hazırlanmış poçt kartları,və ya məktubları imzalamalarını istəyirik. İmzalanan məktublar İran rəsmilərinin unvanına göndərilir,” deyə Amnesty Internationalın güneyli əməkdaşı kampaniyaların nə şəkildə keçirildiyini açıqlayıb.

Onun dediyinə görə, güneyli məhbuslarla bağlı kampaniyalar bir neçə Almaniya Parlamenti üzvünün da diqqətini cəlb edib və alman millət vəkilləri güneyli məhbuslar, habelə Urmiyə gölü ilə bağlı İran rəsmilərinə məktub göndəriblər.
Said bu kampaniyalar vasitəsilə alman əhalisinə siyasi məhbuslardan əlavə Güney Azərbaycan haqqında da məlumat verildiyini söyləyib.

“Burada Azərbaycan deyəndə, ancaq Azərbaycan Respublikasını tanıyırlar. İran daxilində olan Azərbaycanı bilmirlər. Halbuki bir çoxunun İranda yaşayan kürdlərlə bağlı məlumatı var. Bizim haqqımızda məlumatı olan bəziləri tapılsa da bizi türk deyil, İranın təbliğ etdiyi azəri kimi tanıyırlar, İranda və Güney Azərbaycanda türklərin yaşadığından xəbərsizdirlər,” deyə hüquq müdafiəçisi vurğulayıb.
XS
SM
MD
LG