Accessibility links

Şimali Koreyanın fəzaya peyk göndərməsi Cənubi Koreyanı narahat edir


Şimali Koreya gələn ay uzun-məsafəli raketdən istifadə edərək fəzaya göndərəcəyi peyki sabiq prezident Kim İl Sunqın Aprel ayının 15-də keçiriləcək 100 illik yubileyinə həsr edib. Rəsmi mətbuatın açıqladığı bəyanatda Şimali Koreyanın Fəza Texnologiya Komitəsi uzun-məsafəli Unha-3 raketinin yerli istehsalı olan Yer Kürəsini müşahidə adlı qütbü-orbit etmə peykini fəzaya çatdıracağı deyilir. Cənubi Koreya bu qərarın BMT-nin 1974-cü ildə çıxardığı təhlükəsizlik barədə qətnaməni tam pozduğunu deyib. 1974-cü ildə çıxarılmış qətnamə balistik raket texnologiyasından istifadəni qadağan edir. Cənubi Koreyanın Xarici İşlər Nazirliyi bildirib ki, peykin fəzaya yerləşdirilməsi Koreya yarımadası və Şimalşərqi Asiyada sülh əüçün provokativ təhlükə yaradır. Yaponiyanın hökumət sözcüsü məsələyə reaksiya verərək Amerikanın Səsinə bildirib ki, rəsmi Tokyo narahatlıq keçirən ABŞ və Cənubi Koreya kimi başqa dövlətlərlə bərabər məsələ ilə bağlı əməkdaşlıq edir.

XS
SM
MD
LG