Accessibility links

ABŞ və Cənubi Koreya prezidentləri görüş keçirib


ABŞ prezidenti Barak Obama Cənubi Koreya prezidenti Li Myung Bakla görüş keçirib, Şimali Koreyanın mümkün təhlükəsi məsələsini müzakirə edib. Görüşdən sonra birgə mətbuat konfransı keçirən liderlər birlik nümayiş etdirib. Prezident Obama deyib ki, hədələr törətməklə Şimal heç nəyə nail olmayacaq. “Gələn ay raket buraxmaqla bu ölkə yalnız təcridini dərinləşdirəcək.” Barak Obama Pxenyanı nüvəsizləşmə və beynəlxalq ictimaiyyətlə daha yaxşı əlaqələr qurmağa çağırıb.

Cənubi Koreya prezidenti isə Şimalın raket planının qlobal sülhə hədə törətdiyini, bunun ABŞ və BMT-nin qətnamələrinə zidd olduğunu deyib.

Bu bəyanatlar Seulda təşkil edilən beynəlxalq nüvə təhlükəsizliyi sammiti ərəfəsində sələnib.

Şimali Koreya aprel ayının 15-də mərhum prezident Kim İl Sungun 100 yaşı münaisbəti ilə fəzaya uzunmənzilli raketin buraxılacağını bəyan edib.

ABŞ prezidenti səfəri zamanı Cənubi və Şimali Koreyalar arasındakı hərbsizləşdirilmiş zonaya baş çəkib. İki Koreya arasındakı zona dünyanın ən təhlükəli bölgəsi hesab edilir.

Barak Obama bölgədəki ABŞ qüvvələri ilə görüşüb. Görüş Koreyada xidmətdə olan 28 min ABŞ əsgərinə dəstək mahiyyəti daşıyıb..

Üçgünlük sammitdə 50-dən artıq ölkənin dövlət başçısı iştirak etməlidir.

Zirvə görüşündə terrorçuların nüvə materialları ələ keçirməsinin çətinləşdirilməsi yolları müzakirə ediləcək.

XS
SM
MD
LG