Accessibility links

Çilidə zəlzələ olub


Çilidə zəlzələ olub
Çilidə zəlzələ olub

Bu gün yerli vaxtla gecə 3:00 radələrində 5.9 bal gücündə zəlzələ Çilini silkələyib. Zəlzələnin episenteri Çilinin Valparaiso şəhərindən 35 kilometr şimalda və Santiaqo şəhərindən 119 kilometr şimal-qərbdə olub. ABŞ-ın geoloji sorğusuna görə zəlzələ sahildən kənarda 19 kilometr dərinlikdə baş verib. Çilinin fövqəladə hallar idarəsi ONEMİ dağıntılar barədə əlavə məlumatın olmadığını deyib. Ötən həftə ərzində həmin ərazidə bir neçə titrəyiş baş vermişdi. Ötən il 8.8 bal gücündə zəlzələ 500-dən çox insanın ölümünə və bir sıra dağıntılara səbəb olub.

XS
SM
MD
LG