İyulun 3-ü saat 18:45 radələrində Bakının və ölkənin bir çox regionlarının enerji təchizatında yenidən problem yaranıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibədə son günlərdə Azərbaycanda yaşanan elektrik enerjisi kəsintiləri ilə bağlı danışıb.
Stansiyalardan istifadə etməyəcəkdinizsə o zaman niyə inşa etmişdiz?
Onun sözlərinə görə, rəsmi məlumatlara əsasən balansında 36 elektrik stansiyanın olduğu ''Azərenerjinin'' bütün ölkədə yaranmış enerji kəsintisinə görə yansısa yarımstansiyada baş verən qəzanı səbəb gətirməsi inandırıcı deyil. Abşeron yarımadasında 1400 meqavatlıq hasilat gücü olan elektrik stansiyaları var. Hətta Mingəçevirdəki hər iki elektrik stansiyası sıradan çıxsaydı belə yenə də yerdə qalan elektrik stansiyaları Azərbaycandakı həm əhalinin, həm də müəyyən sənaye sahələrinin fəaliyyətinlərini davam etdirməsinə imkan verərdi. - deyə, İlham Şaban bildirib.
Son 15 ildə enerjisi təsərrüfatına yatırılan 5 milyard dollar investisiyanın nəticəsi budur?
Enerji məsələləri üzrə ekspertin hesab edir ki, bir sutka ərzində ard-arda baş verən bu hadisələrin daha ciddi səbəbləri var. O əlavə edir ki, bu təkcə ''Azərenerjinin'' elektrik stansiyasında baş verən hadisə deyil, bütövlükdə enerjinəqli sisteminin çökməsidir.
''Gələcəkdə bu cür problemlərin yenidən baş verməməsi üçün enerji istehsalı bir şirkətin, onun nəqletməsi digər şirkətin və ya şirkətlərin, paylanması isə təmamilə başqa şirkətlərin əlində olmalıdır. Bizdə isə istehsalçı və paylayıcı şirkət var amma nəqletmə şirkəti yoxdur. Hər üç sahədə də mütləq şəkildə dövlətsizləşdirmə getməlidir.''
Bakı şəhəri təmamilə zülmətə qərq olub.
İlham Şabanın əlavə edib ki, son iki gün ərzində baş verən hadisələr qısa bir zamanda bütün ölkədəki həyatı iflic edib.
''Hazırda mən öz eyvanımdan baxıram və Bakı şəhəri təmamilə zülmətə qərq olub. Bu gün baş verən enerji kəsintisini ayın 3-ündə baş verəndən daha dəhşətlidir. Çünki, ayın 3-ü baş verən hadisə gecə saat 1-ə işləmiş baş verdiyi üçün insanlar evlərində idi. Bu gün isə axşam 6 radələrində baş verdi və bütün həyat iflic oldu. İnsanlar metrolarda ilişib qalıb. İnsanlar nə edəcəklərini bilmir.''