İyulun 15-də saxlanılan jurnalistlər azadlığa buraxılıb
Jurnalistlər Anar Abdulla, Elvin Cəbizadə və fotoreportyor Firidun Səlimov iyulun 17-də günün ikinci yarısında azad olunublar. Anar Abdulla Polis Bölməsində bəzi adamlara şiddət göstərildiyini bildirib: “Maşından düşürüləndə bir sıra adamlara qapaz vurulurdu. 2 nəfər isə rezin güllədən yaralanmışdı”. Anar Abdulla onlara 48 saatdan çox saxlanılmaqlarının səbəbini izah etmədiklərini bildirib. İyulun 14-də Bakıda Qarabağa dəstək yürüşü zamanı minlərlə Bakı sakini Milli Məclisin qarşısına toplanıb. Səhər saatlarına qədər davam edən yürüşü işıqlandırmaq üçün hadisə yerinə gedən jurnalistlər Anar Abdulla və Firudin Səlimov, hadisəni işıqlandıran həyat yoldaşı Aysel Umudovaya görə narahat olduğu üçün ora gedən Elvin Cəbizadə saxlanılıb. Onlar iyulun 15-i səhər saatlarında saxlansalar da, 48 saatdan artıq müddət ərzində onlardan xəbər almaq mümkün olmayıb.
Episodes
-
Yanvar 13, 2025
Gənc güləşçilərin müharibə dövründə qazandığı uğurlar
-
Yanvar 13, 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?