Accessibility links

İran hökuməti hicabın aqressiv təbliğatına başlayıb


İranın yarı-hərbi milis qüvvələri “Bəsic” təşkilatı qadınlar cəmiyyətinin başqanı Minu Aslani Təbrizdə mətbuat nümayəndələri ilə görüşündə hicabla bağlı təşviqi kampaniyaların genişləndiyini açıqlayıb.

Dövlətə məxsus İRNA xəbər agentliyi Minu Aslaniyə istinadən bildirir ki, hazırda İranın müxtəlif bölgələrində 52,000 fəal dəstə hicab təbliğatı ilə məşğuldur.

Minu Aslani, Bəsic təşkilatı qadınlar cəmiyyətinin başqanı
Minu Aslani, Bəsic təşkilatı qadınlar cəmiyyətinin başqanı

“Bu dəstələrin üzvləri hicab mədəniyyətini yaymaq yönündə proqramlar həyata keçirir və qadınları hicaba riayətə razı salmaq üçün onlarla üz-üzə görüşürlər,” Bəsic komandiri bildirib.

Minu Aslani “təşviq və inandırmaq”-dan söz açsa də, sosial şəbəkələrdə yayılan xəbərlər və görüntülərə əsasən, Bəsic təşkilatının qadın qüvvələri hicaba tam riayət etməyən qadınlara qarşı güc tətbiq edirlər.

İranda qadınları hicaba təşviq edən bir afişa: Hicabsız qadın kağızı açılmış və milçəkləri çəkən şokolad kimi təsvir edilib.
İranda qadınları hicaba təşviq edən bir afişa: Hicabsız qadın kağızı açılmış və milçəkləri çəkən şokolad kimi təsvir edilib.

“Hicabla bağlı fəaliyyət göstərən dəstələrimiz keçən bir il ərzində hicabsız və ya hicaba tam riayət etməyən 80 min qadını çadra geyməyə razı salmağı bacarıblar,” deyə Aslani bildirib.

Öz şəxsi həyatlarında düzgün örtünməyən qadınlara filmlərdə də çadralı qadın rolu verilməsin.
Təbrizin cümə mollası

Keçən həftə Təbrizdə “böyük hicab və iffət mitinqi” keçirilib. Mitinqdə nitq söyləyən Təbriz imam-cüməsi Seyyid Məhəmmədəli Ali-Haşim İran televziyasından filmlərdə çadralı qadınlara müsbət rollar verilməsini tələb edib.

Təbrizin cümə mollası və ali ruhani liderin Şərqi Azərbaycan vilayətindəki təmsilçisi deyib:

“Televiziya mənfi rollarda çadralı qadınlardan istifadə etməkdən qaçınmalıdır. Həmçinin diqqət edilməlidir ki, öz şəxsi həyatlarında düzgün örtünməyən qadınlara filmlərdə də çadralı qadın rolu verilməsin.”

Seyyid Məmmədəli Ali-Haşim, Təbrizin cümə imamı
Seyyid Məmmədəli Ali-Haşim, Təbrizin cümə imamı

Ali-Haşim həmçinin son vaxtlar müttəhim qadınlara çadra geydirməyən məhkəmə qurumunu alqışlayıb.

“Çadranın imicinə zərər vuran qadınlara çadra geydirilməməlidir,” Təbrizin cümə imamı söyləyib.

XS
SM
MD
LG