Accessibility links

Tehranda hicabsız dolaşan qadınlar risk altındadır


Associated Press-in müxbiri son 9 gün ərzində İranın paytaxtı Tehranda onlarla qadının otel lobbiləri, park və ticarət mərkəzlərində hicabsız dolaşdığını yazıb.

Bu hərəkət gənc qadınların geyim kodlarına itaətsizliyini nümayiş etdirir. Lakin onlar 1979-cu il İran İslam İnqilabından sonra təsis edilən əxlaq polisinin hədəfinə çevrilmə riski altındadır.

Təzyiqlərdən qorxduğu üçün adını açıqlamayan 30 yaşlı bir qadın sosial mediada bunun çox rəskli və təhlükəli olduğundan bəhs edib.

Lakin o, eyni zamanda daha çox qadının bu hərəkata qoşulması ilə rəsmilərin reaksiyasının çətinləşdirdiyini deyərək, qadınların təqib olunmalarına baxmayaraq, onların ələ keçirilməyəcəyinə ümidini ifadə edib.

Hicab debatları İranın ABŞ sanksiyaları altında ağır iqtisadi duruma düşdüyü bir vxt aparılır. Hökumətin hicabsızlıq hərəkatına ölkə valyutasının dəyər itirdiyi və evlərin bahalaşdığı bir şəriatdə nə kimi münasibət göstərə biləcəyi bəlli deyil.

Hicab qalmaqalı 2017-ci ildə “İnqilab küçəsindəki qız” kimi tanınan 32 yaşlı Movahidin baş örtüyünü çıxarıb, onu havada yelləməsindən sonra baş qaldırıb.

Movahidin bu hərəkəti İranda digər qadınlar tərəfindən dəstəklənmiş və onlar ictimaiyyət qarşısında məcburi baş örtüyünü çıxararaq itaətsizlik nümayiş etdirməyə başlamışdı.

İranda qadınlardan ictimai yerlərdə başlarını ötrməsi qaydasını pozanları ya 2 aylıq həbs cəzası, ya da $25 dollara qədər cərimə gözləyir.

XS
SM
MD
LG