"İlham Əliyev bildirmək istəyir ki, mən burada kefimin ağasıyam"
Bu gün, iyunun 19-da Nizami rayon məhkəməsində Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin müddətinin iki ay uzadılması haqqında təqdimata baxılıb. Müstəntiq Ramil Əliyevin təqdimatına hakim Rauf Əhmədovun sədrliyi ilə baxılıb. Məhkəmə vəsatəti təmin edib və Tofiq Yaqublunun həbs qətimkan tədbirini 2 ay da uzadıb. Qızı Nigar Həzinin bildirdiyinə görə Tofiq Yaqublu qanunsuz olaraq həbsdədir və astma xəstəsi olduğuna görə atasının səhhətindən narahatlıq keçirirlər. Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamı ilə həbs edilib. Yaqublu 7 ilədək azadlıqdan məhrum edilə bilər. Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Yaqublu məhkəmədə deyib ki, həbsi Facebook-da yazdığı statuslar və Amerikanın Səsinə verdiyi müsahibə ilə bağlıdır. Onun həbsi prezident İlham Əliyevin müxalifətin ünvanına söylədiyi tənqiddən bir neçə gün sonraya təsadüf edir.
Episodes
-
Yanvar 13, 2025
Gənc güləşçilərin müharibə dövründə qazandığı uğurlar
-
Yanvar 13, 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?