Accessibility links

Hüseyn Paşayi: İran ABŞ-la müzakirə qərarını təxirə salmaqla risk edir


Hüseyn Paşayi
Hüseyn Paşayi

Hüseyn Paşayi hesab edir ki, İranın ABŞ-la müzakirə ilə bağlı yekun qərar verməyi ABŞ-ın 2020 prezident seçkilərinə qədər təxirə salması İslam Respublikası üçün böyük risk təşkil edir.

Hüseyn Paşayi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:24 0:00

Amerikanın Səsinə danışan siyasi ekspert İslam Respublikasının hazırda içində olduğu böhranlı durum və İran-İraq müharibəsinin son günlərdindəki vəziyyət arasındakı oxşarlığa diqqət çəkir.

Bəzi araşdırmaçılar İranın indiki durumunu İran-İraq müharibəsinin son günlərində Xomeyinin ‘zəhər içməsi’ ilə bərabər bir növ sazişə getməsinə bağlayırlar... Elə bir durum olacaq mı, yoxsa İran rəsmiləri dedikləri kimi müqavimət edəcəklər mi?

“Bəzi araşdırmaçılar İranın indiki durumunu İran-İraq müharibəsinin son günlərində Xomeyinin ‘zəhər içməsi’ ilə bərabər bir növ sazişə getməsinə bağlayırlar... Elə bir durum olacaq mı, yoxsa İran rəsmiləri dedikləri kimi müqavimət edəcəklər mi? Bunu zaman göstərəcək,” Hüseyn Paşayi söyləyir.

O, Ayətullah Xomeyninin 1987-ci ildə İran-İraq arasında atəşkəsə dair BMT-nin qətnaməsini könülsüz olaraq qəbul etməsinə işarə edir. Xomeyni daha sonra qətnamənin qəbulunu “piyalədən zəhər içməyə” bənzətmişdi.

Paşayi İranın ABŞ-la müzakirəyə qərar vermək üçün ABŞ-ın 2020 prezident seçkilərini gözləyərək risk etdiyini önə çəkir.

“Trampın əlində bir neçə layihə var; Meksika sərhəddində divar məsələsi, Şimali Koreya ilə danışıqlar, kürəkəni Kuşner vasitəsilə yürütdüyü Yaxın Şərq sülh planı və İran məsələsi. Tramp bu dörd dosye ilə 2020 seçkilərinə gedəcək. Ən azından bunların bir-ikisi seçkilərə qədər nəticə verməlidir,” o bəyan edir.

Siyasi ekspert həmçinin Trampın populyarlığının yüksək səviyyədə olduğuna diqqət çəkərək İslam Respublikasının Trampın seçilməməsinə dair gözləntisinin reallaşma ehtimalının çox olmadığını ifadə edir.

İran üçün çox kritik bir durumdur. İranlılar gerçəkdən də indiyə qədər 8 il müharibədə də bu qədər inciməmişdilər. Özləri də deyir.

Amma, ABŞ prezident seçkilərinin nəticəsi məlum olana dək, İran İslam Respublikası mövcud vəziyyəti idarə edə biləcək mi?

Hüseyin Paşayinin dediklərinə görə, bu heç də rahat olmayacaq: “İran üçün çox kritik bir durumdur. İranlılar gerçəkdən də indiyə qədər 8 il müharibədə də bu qədər inciməmişdilər. Özləri də deyir. İranın neft naziri keçənlərdə dedi ki, Amerika bu dəfəki sanksiyalarda şeytanca bir zəkadan istifadə edib... İran keçmişdə sanksiyaları dələ bilirdi, amma bu dəfə gerçəkdən bir çox çətinliklərlə qarşı-qarşıyadırlar.”

Hüseyn Paşayinin söylədiklərinə görə, İranın ali lideri sonunda ABŞ-la müzakirəni qəbul edib-etməyəcəyinə baxmayaraq, Həsən Ruhani və ona mənsub siyasi qanat artıq İran siyasətində keçmişdə sahib olduğu nüfuza sahib ola bilməyəcək.

“Həsən Ruhani bütün abır və etibarını bu nüvə sazişi məsələsinə bağlamışdı. Məncə Ruhaninin artıq içəridəki radikal qanada, Sepaha, Xameneyinin ətrafındakılara qarşı dili qısadır. Bugün İran hakimiyyəti müzakirə qərarı alsa belə - ki mən mümkün görmürəm - [nüvə sazişi] müzakirələrinə qatılan nümayəndələr ilə müzakirəyə getməyəcək. Bu dəfə Xameneyiyə daha yaxın bir nümayəndə heyəti göndərərlər,” siyasi ekspert əlavə edir.

XS
SM
MD
LG