Beynəlxalq insan hüquqları təşkilatı Human Rights Watch Suriya hökumətini müharibə cinayətləri həyata keçirməkdə günahlandırır. BMT-nin vasitəçiliyi ilə əldə edilən atəşkəsə isə riayət edilmir. Təşkilat mart və aprel ayları ərzində hökumət qüvvələri və hökumət tərəfdarı döyüşçülərin 95 mülki vətəndaşı qətlə yetirdiyini bildirir. Human Rights Watch-un Yaxın Şərq üzrə nümayəndəsi Nadim Horinin bildirdiyinə görə, kəndlər mühasirəyə alınır, sakinlər öldürülür. O, 35 adamın qətlə yetirildiyinin sənədləşdirildiyini deyir. Nadim Hori onlarla evin yandırıldığını bildirir.
Suriya hökuməti isə terrorçular adlandırdığı insanların hədəf alındığını deyir.
Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupu bu gün Aleppo şəhərində rəqib döyüşçülər tərəfindən 15 əsgərin öldürüldüyünü bəyan edib. Bundan bir gün əvvəl isə 30 adam İdlib vilayətində öldürülmüşdü.
BMT Təhlükəsizlik Şurası Şuriyada müşahidəçi qrupun sayının 300 nəfərə çatdırılaraq genişləndirilməsi planını artıq təsdiqləyib