Holland qardaşlarının kofesi
1992-ci ildə holland əsilli iki qardaş Deyn və Travis Boersma hal-hazırda ABŞ-ın ən böyük özəl işlədilən kofe mağazaları zənciri hesab olunan Dutch Bros kofe şirkətinin əsasını qoyub. Üç nəsildir süd məhsulları biznesində olan Boersmo qardaşları ilk dəfə taxta arabanı küçə boyu sürüb kofe satmaqla kofe mağazası açmaq qərarına gəlir. İlk əvvəllər yalnızca doğulduqları Grants Pass şəhərində fəaliyyət göstərən Dutch Bros 2018-ci ildə artıq 300-dən çox drive-thru mağaza açıb. Oreqon və Vaşinqton ştatları daxil 7 qərb ştatında frənçayzinqlə məşhurluq qazanıb. Dutch Bros kofe mağazalarının içində masa və oturacaqlar olmadığı üçün siz istər piyada, istər maşınla olun, dükana girib oturmadan kofe alıb çıxa bilərsiniz ki, bu da hər zaman tələsən amerikanların səhərlər ən sevdiyi məşğuliyyətlərdəndir. Forbes jurnalının 2017-ci ilin ən kiçik nəhəngləri siyahısına düşmüş Dutch Bros hər il əldə etdiyi gəlirin böyük hissəsini Grant Pass şəhərinin abadlaşdırılmasına və 2009-cu ildə itirdiyi qardaşı Deyn Boersmanın xatirəsi üçün Əzələ Distrofiyası Dərnəyinə sərf edir.
Episodes
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib
-
Noyabr 25, 2024
Gürcüstan parlamenti müxalifətsiz açılış edib