Accessibility links

Həmsədrlər Vaşinqtonda ABŞ dövlət katibinin müavini ilə görüşür


Həmsədrlər Vaşinqtonda ABŞ dövlət katibinin müavini ilə görüşür
Həmsədrlər Vaşinqtonda ABŞ dövlət katibinin müavini ilə görüşür

Amerikanın səsinin Dövlət Departamentindən əldə etdiyi məlumata görə, hazırda Vaşinqtonda olan ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədrləri, ABŞ-dan Robert Bradtke, Fransadan Bernar Fasiə və Rusiyadan İqor Popov, həmçinin ATƏT-in hazırda vəzifədə olan sədrinin xüsusi elçisi, səfir Andrjey Kaspryk bu gün ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Villiam J. Börnslə görüşəcək. Görüşdə həmsədlərin Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsindəki son failiyyətləri və yaxın gələcəkdə nəzərdə tutulan vasitəçilik səylərinin müzakirə olunacağı gözlənilir.

Bu arada Villiam Börns verdiyi bəyanatda Minsk qrupunun həmsədr ölkələrindən biri kimi tərəflərin konfliktin daimi və sülh yolu ilə həllinə nail ola bilmələri üçün ABŞ-ın onlara yardım öhdəliyini bir daha təkrar edib.

XS
SM
MD
LG