Accessibility links

Gəncə fəalı Həsən Hüseynlinin işi üzrə məhkəmə prosesi başlayıb


Həsən Hüseynli
Həsən Hüseynli

Onun rəhbərlik etdiiyi QHT-nin əsas missiyası Azərbaycanın qərb bölgəsində açıq cəmiyyət ideyalarının yayılmasıdır

Iyunun 13-də Gəncənin Nizami rayon Məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə Gəncənin “İntellektual Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin işi üzrə məhkəmə baxışı başlayıb.

O, CM-in 221.3-cü maddəsi ilə (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə ilə törədildikdə) ittiham olunur.

İbtidai istintaqın məlumatına görə, Hüseynli guya Gəncə sakini Arzu Qəhrəmanova bıçaq xəsarəti yetirib. Hüseynlidən ölkəni tərk etməmə haqqında iltizam alınıb.

Vəkil Elçin Sadıqov Amerikanmın Səsinə bildirib ki, bu günkü iclasda təqsirləndirilən Həsən Hüseynli özünü təqsirli bilmədiyini və daha sonra ifadə verəcəyini bildirib.

Vəkilin sözlərinə görə bu iş üzrə zərərçəkən Arzu Qəhrəmanov məhkəməyə gələrək ifadə verib. Həsən Hüseynlinin işində zərərçəkən Qəhrəmanov Arzu ifadəsində Həsən Hüseynlinin onu vurduğunu təsdiqləyib.

Bununla belə o, bildirib ki, Həsən Hüseynli onu xarici təşkilatların sifarişi ilə vurub.

Daha sonra İfadənin yerində yoxlanılması istintaq hərəkətində iştirak etmiş polis əməkdaşı Nazim Hacıyev dindirilib.

“Müdafiə tərəfin əlində bu insanın şəxsiyyəti haqqında məlumatlar var və biz məhkəmə prosesində bu faktları açıqlayacağıq”, deyə vəkil bildirib.

Proses iyunun 23-də davam etdiriləcək.

“İntellektual Vətəndaş” Maarifləndirmə Mərkəzi 2004-cü ildə təsis edilib. Təşkilat 2009-cu ilin fevralında dövlət qeydiyyatından keçib.

QHT-nin əsas missiyası Azərbaycanın qərb bölgəsində açıq cəmiyyət ideyalarının yayılmasından ibarətdir. Bu məqsədlə vətəndaş cəmiyyəti haqqında maarifləndirici tədbirlər keçirilib. Layihənin əsas hədəf qrupu gənclərdir.
XS
SM
MD
LG