Accessibility links

14 saylı Cəzaçəkmə Müəssisəsi fotolarda

Həbsxana divarları qarşısında

Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsi Sovet dövründə 20-ci əsrtin 50-ci illərində inşa edilib. Cəzaçəkmə müəssisəsinin ətrafınfa çoxsaylı daş karxanaları yerləşir. Küləkli havada daş tozu cəzaçəkmə müəssisəsini görünməz edir. Burada məhbuslar bir qayda olaraq içməli suyun fasilə ilə verilməsindən şikayət edir.

Hələ Sovet dönəmində bu həbsxanaya ən ağır islah olunan məhbusları, o cümlədən "siyasi məhbus"ları göndəriblər. Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy də 1976-cı ildə bu həbsxanada "siyasi dustaq" olaraq daş karxanasında ağır fiziki işlərə məcbur edilib.

Son illərdə həbs edilən və yerli hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" olduğu iddia edilən bir çox şəxslər, o cümlədən Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn, hüquqşünas Qurban Məmmədov, Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqlı, ictimai xadim Bəxtiyar Hacıyev, Ağ Partiyasının sədri Tural Abbaslı, onun müavini Əhəd Məmmədli, jurnalistlər Mirzə Sakit, Sərdar Əlibəyli, Fərəməz Novruzoğlu, Əziz Orucov məhbus həyatını 14 saylı Cəzaçəkmə müəssisəsində keçirib. Hazırda isə bu müəssisədə bloger Mehman Hüseynov və NİDA-çı Elgiz Qəhrəman məhbusdur.

Daha çox yüklə

XS
SM
MD
LG