Accessibility links

“Ana dili məsələsində iranlı müxaliflərlə İslam Respublikasının mövqeyi eynidir” [Audio-Müsahibə]


Hadi Qaraçay
Hadi Qaraçay

Hadi Qaraçay deyir ki, İranın 40 faiz əhalisinin dilinin rəsmiləşdirilməsi tələbi mədəni və hüquqi bir tələbdir amma İran İslam Respublikası onu siyasiləşdirir. Türk fəal və şair Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında Dünya Ana Dili Günü münasibəti ilə təşkil olunan kampaniyaları dəyərləndirməklə yanaşı İran hakimiyyəti həmçinin müxalif qrupların bu tələblərə mövqeyini şərh edir.

Hadi Qaraçay Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:10 0:00

Hadi Qaraçayın fikrincə, ana dili ilə bağlı tələblər mövzusunda əsas çatışmazlıqlardan biri bu tələblərin hakimiyyətdən əlavə müxalif qruplar tərəfindən də boykot edilməsidir:

“Çatışmayan bir məsələ var ki, biz hər il onunla qarşılaşırıq və onu müzakirə edirik, o da müxaliflərin də hakimiyyət ilə eyni mövqedə olmasıdır. Ana dili ilə bağlı müzakirələrə qatılmamaqla, dəstək verməməklə və səssiz qalmaqla məsələni boykot edirlər.”

İslam Respublikasının müxalifləri bu məsələdə hakimiyyətin yanında duraraq sadəcə biz türklərə ağız əymirlər, dünyanın əldə etdiyi dəyərli və elmi təcrübələrə də ağız əyirlər.
Hadi Qaraçay

O, əlavə edir, “İslam Respublikasının müxalifləri bu məsələdə hakimiyyətin yanında duraraq sadəcə biz türklərə ağız əymirlər, dünyanın əldə etdiyi dəyərli və elmi təcrübələrə də ağız əyirlər. Onlar çox pis yerdə dururlar. Sadəcə İran hakimiyyətinin yanında durmurlar. Ən geri qalmış və ən mürtəce mövqedə dururlar.”

Bəzi müxalif qruplar da türk dil haqları fəllarını tənqid edirlər. Onlar deyir ki, İran Azərbaycanında türk dili ilə əlaqədar kampaniyalar və tələblər bəzən İslam Respublikasına qarşı siyasi etirazları kölgəyə salır.

Qaraçay isə türklərin hüquqi və mədəni tələblərinin İslam Respublikası tərəfindən siyasiləşdirildiyini önə çəkir:

“Hakimiyyət bizim hüquqi tələbimizi siyasiləşdirmək üçün əlindən gələni edir. Biz deyirik ki, ölkənin 40 faiz əhalisinin dilinin rəsmiləşdirilməsi bir hüquqi məsələdir, burada siyasi heç nə yoxdur.. Amma hakimiyyət bizim fəallara ittiham vuranda siyasi ittiham vurur.”

İran azərbaycanlıları türk dilinin rəsmi dil elan edilməsini tələb edirlər.
İran azərbaycanlıları türk dilinin rəsmi dil elan edilməsini tələb edirlər.

Hadi Qaraçayın fikrincə, türk dili ilə bağlı tələblər siyasi etirazları zəiflətmir, əksinə o etirazları gücləndirir.

“Təsəvvür edin ki, bizim yoldaşlarımız bir plakat götürməklə gedir 9 il həbs cəzası alır. Bir mərasim keçirir, o mərasimə qatılanlar gedir hər biri 9 il, 10 il həbsə məhkum olur... Bizi tənqid edən siyasi təşkilatlar ancaq küçələrə çıxıb pəncərə sındıranda, bank oda çəkəndə həbs edilirlər amma bizimkilər iki kəlmə söz danışanda tutulur... Biz İrandakı siyasi etirazların qarşısını almırıq. Hətta onlara mədəni yön veririk. Biz onları gücləndiririk.”

Sosial media ilə bağlı statistik rəqəmlərə baxanda görürük ki biz orada əsl gücümüzdən daha aşğıda görünürük.
Hadi Qaraçay

Güneyli fəal həmçinin Dünya Ana Dili Günü ilə əlaqədar sosial media kampaniyalarının İran Azərbaycanı şəhərlərində təşkil olunan kampaniyalar ilə müqayisədə daha zəif olmasının səbəbləri haqqında fikirlərini açıqlayır.

Onun dediklərinə görə, “Azərbaycan Milli Hərəkatının ən böyük problemlərindən biri budur ki, əməldə və gerçəkdə olan gücünü sosial mediaya daşıya bilmir. Sosial media ilə bağlı statistik rəqəmlərə baxanda görürük ki biz orada əsl gücümüzdən daha aşğıda görünürük.”

Qaraçay bunun bir səbəbini ən çox istifadə edilən sosial media vasitəsinin düzgün olmadığına bağlayır. “Fəallar Twitter yerinə daha çox Telegram-a toplanıblar. Amma, Twitter-də dünya bizi daha rahat görür,” deyə o əlavə edir.

XS
SM
MD
LG