Accessibility links

"Gənc mütəxəssislərin öz fikirlərini paylaşa biləcəyi bir platforma olmaq istədik"


Əkinçi
Əkinçi

“Əkinçi” layihəsinin rəhbəri Vüqar Salamlı Amerikanın Səsinə müsahibəsində artıq 3 ildən çoxdur fəaliyyət göstərən layihənin məqsədlərindən, gördüyü işlərdən danışıb.

"Gənc mütəxəssislərin öz fikirlərini bölüşə biləcəyi bir platforma olmaq istədik"
please wait

No media source currently available

0:00 0:18:49 0:00

Vüqar Salamlı bildirib ki, 2017-ci ildə fəaliyyətə başlayan “Əkinçi”-nin əsas məqsədi müxtəlif mövzularda qısa və cəlbedici formatda animasiyalar hazırlamaq idi İlk iki il ərzində hazırladıqları 20 animasiyaya yüzminlərlə baxış olub.

"2019-cu ilin yay aylarından başlayaraq isə fəaliyyətimizi genişləndirmək qərarına gəldik. İlk iki il ərzində animasiyalar hazırlayan zaman çoxlu maraqlı gənc mütəxəssislərlə tanış olduq. Gördük ki, bu insanların öz fikirlərini paylaşmaq üçün platformalar çox azdır.

Düşündük ki, Əkinçi layihəsi belə bir platforma ola bilər. 2019-cu ilin avqust ayından başlayaraq fəaliyyətimizi genişləndirdik. Bura müsahibələr, video çəkilişlər, təqdimatlar da daxil olmağa başladı. Artıq ilyarımdan çoxdur ki, bu formatda fəaliyyətimizə davam edirik və bu müddət ərzində 250-dən çox video hazırlamışıq."

Cənab Salamlı əlavə edib ki, Əkinçi” layihəsinin missiyası mütərəqqi mövzulara toxunmaqdır.

"Çalışırıq digər media qurumlarının toxunmadığı və ya az toxunduğu mövzulara fokuslanaq. Auditoriyamızın böyük əksəriyyəti yaşı 35-dən aşağı gənclərdir və bu da bizi sevindirir. Həmçinin Instagram səhifəmizində izləyicilərimizin tam yarısı qadınlardır. Bu da onu göstəriri ki, biz hər iki cinsə xitab edən maraqlı kontentlər hazırlaya bilirik."

Bizim platformada bu günə qədər 150-ə yaxın ekspert çıxış edib və hər cür mövzulara toxuna bilmişik.

Layihənin rəhbəri həmçinin "Əkinçi"-nin digər youtube layihələrindən fərqləndirən tərəfləri barədə də danışıb.

"Son illərdə youtube-da azərbaycan dilində maraqlı kontent hazırlayan kanalların sayı xeyli artıb və bu yaxşı haldır. Sadəcə bu kanallar bir nəfərin və ya çox kiçik bir qrupun həvəsi üzərində qurulub. Bu da elədir ki, sən müəyyən bir müddət sonra tükənirsən və yeni bir ideya ortaya qoya bilmirsən.

Biz isə video hazırlamağa başladığımız andan danışılacaq mövzular barədə ekspertlər dəvət etməklə bu problem aradan qaldırdıq. Bizim platformada bu günə qədər 150-ə yaxın ekspert çıxış edib və hər cür mövzulara toxuna bilmişik."

Vüqar Salamlı onu da əlavə edib ki, hazırladıqları videolarda mövzunun nə olmasından asılı olmayaraq bu mövzunun insanların gündəlik həyata necə təsir etdiyini də izah etsinlər.

Biz istəyirik ki, “Əkinçi” biliyi və təcrübəsi olan gənclərin özlərini reallaşdırması üçün bir platformaya çevrilsin.

"Bizim 20-ə yaxın mövzu üzrə videolarımız olur. Bunlara insan hüquqları, demokratiya, uşaq inkişafı, mədəniyyət, musiqi, memarlıq, iqtisadiyyat, dizayn, tarix, gender bərabərliyi və s. kimi istiqamət daxildir. Bu mövzuları biz həmin sahənin ekspertlərinin sayəsində hazırlalaya bilirik. Bu ekspertlərin əksəriyyəti də gəncdir. Biz istəyirik ki, “Əkinçi” biliyi və təcrübəsi olan gənclərin özlərini reallaşdırması üçün bir platformaya çevrilsin. Onlara daha geniş auditoriyaya çıxmaq imkanı verən platforma olsun.

Hazırladığımız videolarda çalışırıq ki, mövzunun çox dərininə getməyək, çünki auditoriya genişdir və heç də hər kəsin marağında olmaya bilər. Amma çalışırıq ki, hər bir videomuzda bu mövzu insan həyatına necə toxunur, vətəndaşın gündəlik həyatına necə təsir edir, bunu izah edə bilək."

Patreon sənin işinə dəyər verən insanların sənə dəstək vermək öhdəliyidir. 

Bir müddət öncə "Əkinçi" layihəsinə dəstək üçün başlatdıqları Patreon proqramı haqqında danışan Vüqar Salamlı, bu cür üsullarla ictimai təşəbbüslərə dəstək verilməsinin vacibliyi haqqında fikirlərini bölüşüb.

"Patreon sənin işinə dəyər verən, səni dəstəkləmək istəyən, qiymətləndirən insanların müəyyən bir müddətlik sənə dəstək vermək öhdəliyidir.

Təəsüf ki, azərbaycanda ictimai təşəbbüslərə və ya fərdlərə dəstək vermək ənənəsi zəifdir. Buna görə də ilk aylarda bunu insanlara izah etmək, dəstək toplamaq çətin idi. Amma qısa müddətdə bu mərhələni keçdik və hal-hazırda 140-dan çox patronumuz və ümid edirəm ki, növbəti aylarda bu say daha da artar. Çünki, bu təkcə "Əkinçi" layihəsi üçün yox, ümumiyyətlə Azərbaycanda ictimai fəaliyyətlə məşğul olan, hansısa yaradıcı kontentlər yaradan insanlara çox böyük dəstək stimulu ola bilər.

Patreon vasitəsiylə sən kiməsə dəstək verəndə bu sadəcə dəstək deyil, qarşılığını alırsan. Həmin müəllif sənə xüsusi imtiyazlar verə bilir, heç kimin eşitmədiyi müsiqini və ya kontenti sənə göstərə bilir və yaxud sən onunla birbaşa ünsiyyətdə ola bilirsən, ona öz tövsiyyələrini, məsləhətlərini verə bilirsən. Beləliklə müəyyən bir icma formalaşır və icma nəticə etibarı ilə hansısa bir keyfiyyətli iş ortaya qoya bilir. Bu baxımdan mənim Patreon platformasına çox böyük ümidlərim var."

XS
SM
MD
LG