Accessibility links

Güney filmlərinin Türkiyə festivallarında nümayişi davam edir


Son vaxtlar Türkiyədə İran Azərbaycanında türk dilində çəkilmiş filmlərə diqqət artıb. Malatya Beynəlxalq Film Festivalı ardından, bu günlərdə Uşak elində keçirilən Qanadlı Dənizatı Film Festivalı da güneydə çəkilmiş filmlərin nümayişi üçün özəl bir bölmə ayırıb.

Əksəriyyəti Təbrizdə çəkilmiş 10 qısametrajlı film dekabrın 13-də festivalın “İranın Azərbaycan Bölgəsindən Qısalar” adlı özləl bölməsində nümayiş etdirilir.

Türkiyənin Habertürk qəzetinin məlumatına görə, festivalda həmçinin, güneyli rejissor və kino yazarı Fərhad Eyvazinin məruzəçi olduğu bir tədbir planlaşdırılıb.

“Əhalisinin yarısı qədər olan milyonlarla türkün yaşadığı İranda fəaliyyət göstərən yazar və rejissorların əsərləri kino sevərlər ilə bir araya gələcək,” deyə Habertürk qəzetində dərc edilib.

​Qəzet həmçinin bildirib ki, “İranlı türk rejissor və yazar Fərhad Eyvazı festivalın qonağı olacaq və nümayiş edilən filmlər və İran kinosunun türk rejissorlarının çəkdiyi əsərlər haqqında müsahibə verəcək.”

XS
SM
MD
LG