Accessibility links

ABŞ Dövlət Katibi İranı bütün edamları dayandırmağa çağırıb


Britaniyanın Guardian qəzeti Təbriz həbsxanasında daşqalaq yoluyla edam hökmü oxunmuş daha iki qadının olduğunu, Səkinə Məhəmmədli kimi bu qadınların da xəyanətdə ittiham edildiklərini yazır. ABŞ Dövlət Katibi isə İranda edamların adi hadisəyə çevrildiyini, insanların tez tez nəzarət altında həyatlarını itirdiklərini deyib.

ABŞ-ın Bermingam Star qəzeti Dövlət katibi Hillari Klintonun İranı bütün edamları dayandırmağa çağırdığını yazıb. Qəzetin xəbərində deyilir ki, xanım Klinton Səkinə Məhəmmədiyə edam hökmünü məhkum edib. O İranda edamların adi hall aldığını, nəzarət altında işkəncə və ölümlərin isə tez tez baş verdiyini söyləyib. Qəzetin xəbərinə görə ABŞ Dövlət Katibi İranda insanların təkcə söz azadlığı hüququndan istifadə etdiklərinə görə edam cəzası ilə üz üzə qaldıqları məhkəmə işlərinin mövcud olduğunu deyib. 

Bu arada Britaniyanın Guardian qəzeti dünən ki, nömrəsində Səkinə Məhəmmədlinin İran televiziyasında çərşənbə günü yayımlanan müsahibəsi haqqında nəşretdiyi geniş məqalədə Təbrizdə daha iki qadının da eyni və ya oxşar ittihamlarla edama məhkum edildiklərini yazıb. Məqalədə deyilir ki, 43 yaşlı, iki uşaqa anası Səkinə Məhəmmədi Aştianin daşqalaq edilərək edam olunması hökmünün yerinə yetirilməsi barədə atılan addımların beynəlxalq sahədə səbəb olduğu etirazlardan sonra İran eyni yolla edam olunmağı gözləyən başqa vətəndaşlara oxunmuş hökümləri də sakitcə dəyişdirməyə başlayıb

Guardian-da yazılıb ki, daşqalaq yoluyla edam hökmü oxunmuş İranlılardan biri, altı aylıq hamilə olan 25 yaşlı Məryəm Qurbanzadə bu həftə Təbriz xəbsxanasında döyülməsi nəticəsində uşaq salıb. İran qanunlarına görə hamiləlik zamanı edam cəzası yerinə yetirilə bilməz. Ərinə xəyanətdə ittiham olunan xanım Qurbanzadə haqqında İran məhkəməsi daşqalaq yoluyla edam hökmü oxuyub. Onun haqqındakı hökm sürətli bir nəzərdən keçirmə prosesindən sonra asılaraq edam olaraq dəyişdirilib. Guardian yazır ki, hökmün dəyişdirilməsi barədə qərarın İranın bu vəhşicəsinə cəza metoduna görə beynəlxalq sahədə bir daha məhkum olunmaqdan boyun qaçırdmaq səylərinin nəticəsi olduğu irəli sürülür.

Səkinə Məhəmmədi və Məryəm Qurbanzadənin vəkili olan Houtan Kianın təmsil etdiyi və edama məhkum olan başqa bir qadın isə 19 yaşlı Azər Bəğhəridir. Guardinan qəzetinin yazdığına görə o 15 yaşı olanda əri tərəfindən xəyanətdə ittiham ediləndən sonra dörd il əvvəl ona edam hökmü oxunub. Onun edam hökmü azyaşlı olduğuna görə İran qanunlarına əsasən o zamanda yerinə yetirilməyib.

XS
SM
MD
LG