Accessibility links

16 yaşlı iqlim dəyişikliyi fəalı Nyu-Yorka çatdı


İsveç iqlim dəyişikliyi fəalı Qreta Thunberq sıfır-karbonlu qayıqda transatlantik səyahətini başa vuraraq Nyu-York şəhərinə çatıb.

Thunberqin Twitter-də paylaşdığı fotolar onun gəmisinin Nyu-York sahillərindən 119 mil uzaqlıqda olduğu zaman çəkilib. Gecə vaxtı çəkilən başqa bir şəkildə isə Nyu Yorkun məsafədə işıqları görünür.

16 yaşlı isveçli ətraf mühit fəalı Qreta Thunberq Nyu Yorkda İqlim sammitində iştirak etmək üçün Birləşmiş Ştatlara Atlantik okeanı ekoloji qayıqla keçərək səyahət edib.

Qretanın səyahət etdiyi 60 metr uzunluğundakı gəmi karbon tullantıları buraxmadığını təmin etmək üçün günəş panelləri və sualtı elektrik turbinləri ilə təchiz edilib. Qayıqla səfər sərt şəraitdə keçib, duş və tualet olmayıb və yeməklər dondurulmuş qidadan ibarət olub.

Qreta Thunberq beynəlxalq miqyasda keçən il iqlim dəyişikliyi probleminin həllinə diqqəti yönəltmək üçün parlament qarşısında keçirdiyi təkadamlıq aksiyalardan sonra tanınmağa başlayıb. Yeniyetmə qız hər həftənin cümə günü məktəbə getməyərək, parlamenti atmosfer tullantılarının azaldılması məsələsinə diqqət yetirməyə çağırıb. Hal-hazırda o, Amerikanı gəzmək və iqlim dəyişikliyinə qarşı daha güclü fəaliyyət göstərmək üçün məktəbən bir il möhlət götürüb.

XS
SM
MD
LG