Accessibility links

Freedom House: "Hacıyevlər ailəsinə maddi və psixoloji təzyiq göstərilir"


Mart ayının 23-ü demokratiya, siyasi azadlıqlar və insan haqlarını müdafiə edən Freedom House təşkilatı Azərbaycanda deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevin ailəsinə qarşı təzyiqlər barədə bəyanat açıqlayıb.

Azərbaycan rəsmilərinin Hacıyevlər ailəsinə təzyiq göstərməsinin vurğulandığı bəyanatda universitet müəllimi Fikrət Hacıyevin bu yaxınlarda işdən çıxarılması və onun yaxın qohumu Bəxtiyar Hacıyevin siyasi motivlərlə həbs edilməsi və bununla da dissidentləri susdurmaq üçün maliyyə və psixoloji təzyiq göstərildiyi bildirilir. "Fikrət Gəncə Dövlət Universitetinin qərarına etiraz əlaməti olaraq fevral ayının 10-dan aclıq aksiyasına başlayıb. O, universitetdə korrupsiya hallarını tənqid etdiyinə görə vəzifəsindən azad edilib. 18 il universitetdə müəllim işləyən Fikrət akademik şuranın qərarından sonra işdən çıxarılıb. Tərəfdarları iddia edir ki, bu qərar onun universitetdəki korrupsiya hallarına göz yummaq istəməməsindən sonra qəbul olunub" - deyə bəyanatda bildirilir.

Freedom House bildirir ki, Fikrət Hacıyev hərbi xidmətdən yayınmaqda ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilən Harvard məzunu gənc fəal Bəxtiyar Hacıyevin məhkəmə proseslərində iştirak edəndən sonra yerli rəsmilərin təzyiqləri ilə üzləşib.

Çoxları Bəxtiyarın həbsini onun sosial şəbəkələr vasitəsilə insanları hökumət əleyhinə nümayişlərə çağırmasına cavab olaraq qiymətləndirir. Bəyanatda deyilir ki, deputatlığa keçmiş namizədin fəallığının nəticəsi olaraq onun digər ailə üzvləri də işlərindən azad olunub.

XS
SM
MD
LG