Birləşmiş Ştatların Nyu York, Vaşinqton və Boston kimi iri şəhərlərinin və başqa sayzıs irili xırdalı şəhərin yerləşdiyi Atlat Okeanına yaxın olan şərq hissəsində ölkənin müstəqilliyinin elan olunmasının 235-ci illiyi ilə əlaqədar tədbirlər ateşfəşanlıq tədbirləri ilə başa çatır. Misal üçün Vaşinqtonun mərkəzində Kapitoli ilə Vaşinqton Abidesi arasında yerləşən Vaşinqton Zolağında gün ərzində toplaşan yüzminlərlə insanın çoxu Milli Orkestrin konserti və Vaşinqtondakı ateşfəşanlıq nümayişlərinən sonra evlərinə qaldıqları mehmanxanalara qayıtsa da şənliklər daha gec saatlara qədər davam edir.
Ölkənin müxtəlif iri şəhərlərində çox görkəmli ateşfəşanlıq nümayişləri olsada müstəqillik gününü Vaşinqtonda qeydetmənin rəmzi mənası var. Bəziləri üçün bu həm tətili keçirmək və həm də ölkənin tarixinə yenidən bir nəzər yetirmək üçün bir fürsətdir. Xatırladaq ki, Vaşinqtona ildə təqribən daxildən və xaricdən orta hesabla on milyon turist gəlir.
İyulun dördünə təsadüf edən həftə sonunda Vaşinqtona gələn amerikalılar Vaşinqton Zolağında təşkil olunan xalq festivallarını tamaşa edir, yaxınlıqda yerləşən, Amerikan Tarixi, Təbiyyət Tarixi və çoxlu muzeyləri gəzməyə də vaxt tapa bilirlər. Bu günlər xüsusən Amerikan Tarixi Muzeyini gəzmək üçün yaxşı fürsətdir. Burada müstəqilliyə gətirib çıxardan mübarizə də daxil, Birləşmiş Ştatların tarixinin həm baş ucaldan və həm də ağ ləkələri adlandıra biləcəyimiz hadisələri anladan onları nümayiş etdirən şəkillər, alətlər, grafik və xəritələrlə tanış olmaq mümkündür.
Bu günlərdə Vaşinqtonda çoxlu insanın görmək istədiyi yerlərdən biri də Arlinqton Milli Qəbristanlığıdır.Birləşmiş Ştatların daxil olduğu hərbi konfliktlərdə qətlə yetirilən bu ölkənin şəhidləri adətən burda dəfn olunur. Müstəqillik günü, Xatirə Günü və başqa milli tətil günlərində insanlar vətən uğrunda canını qurban vermiş, arzuları gerçəkləşə bilməmiş, geridə gözü yaşlı analar, bacılar, həyat yoldaşları və uşaqlar buraxmış bu cavan qəhramanlara ehtiramlarını bildirməyi də yaddan çıxatmırlar ki, onların bir hissəsi elə öz qohumlarıdır.
Birləşmiş Ştatların Britaniyadan müstəqillik mübarizəsi o zamanda müstəmləkələr olaraq bilinən bu ölkə əhalisinin Britaniyaya vergi ödədiyi halda Britaniya parlamentində təmsil edilməməsinin nəticəsi olan narahatlıq və etirazlar idi. Amerikada o dövrdə dünyanın ən güclü dövlətlərindən biri olan İngiltərəyə qarşı mübarizənin başadığı vaxtda Brtaniyadan müstəqlilliyin tərəfdarı olanların sayı ölkə əhalisinin ancaq üçdə birini təşkil edirdi. Mübarizə genişləndirkcə bu nisbətdə ardı ki, axırda 1789-cu ildə İtiqlal Bəyannaməsi qəbul olundu