Accessibility links

Milyonlarla amerikalı müstəqillik gününü ölkənin başlıca şəhərlərində qeydedir


Milyonlarla amerikalı müstəqillik gününü ölkənin başlıca şəhərlərində qeydedir
Milyonlarla amerikalı müstəqillik gününü ölkənin başlıca şəhərlərində qeydedir

ABŞ-ın Britaniadan müstəqilliyini elan etməsinin 235-ci ildönümü, bu gün festivallar, konsertlər və başqa tədbirlərlə qeydolundu.Vaşinqton və başqa şəhərlərdə müstəqillik günü münasibəti ilə tədbirlər keçirildi, paytaxda axışışan onminlərlə insan bu gu günü şənliklər, festivallar və konsertlərlə qeyd etdi.

Şimalı Amerikada Britanianın 13 müstəmləkəsinin birləşərək o zamanda dünyanın ən qüdrətli dövlətlərindən biri olan Britaniadan müstəqilliklərini elan etmələrinin üzərindən 235 il keçir. 4 İyul, 1779-cu ildə həmin müstəmləkələri təmsil edən və artıq Birləşmiş Ştatların təsisçiləri, ulubabaları kimi qəbul edilən liderlər həmin gündə bu ştatların artıq Britanianın müstəmləkələri yox müstəqil bir dövlət olduğunu elan etdilər.

ABŞ-da 4 iyul Müstəqillik Günü qeyd edilir. Birləşmiş Ştatlarda müstəqillik günü münasibətilə ölkə boyu rəsmi və qeyri-rəsmi tədbirlər keçirilir. Müstəqillik günü ən çox amerikalının ziyarət etdiyi şəhərlərdən biri paytaxt Vaşinqtondur. Bayram Vaşinqtonda konsetrlər, şənliklər, festivallar və atəşfəşanlıq tədbirləri ilə qeyd edilir. Vaşinqtonda keçirilən ənənəvi tədbirlər siyahısına xalq festivalı ilə yanaşı, Milli Orkestrin Konqres qarşısında axşam konserti daxildir.

Bu gün Amerikanın birinci prezidenti Corc Vaşinqtonun vətəni Mont Vernonda yüz nəfər ABŞ vətəndaşlığını qəbul edir. Prezident Barak Obama hərbçilər və onların ailələrini Ağ Evdə qəbul edib.

Nyu-Yorkun Koni İsland hissəsində isə illik hot doq müsabiqəsi keçirilir.10 dəqiqə ərzində ən çox hot doq yeyən qalib çıxır. Dünya çempionu Coy Çestnat 5 dəfə ardıcıl olaraq qələbə çalıb. Lakin 2009-cu ildə 68 hot dog yeməklə vurduğu rekordu təkrar edə bilməyib. Qadınlar arasında qalib 40 hot doq yeyən Sonya Tomasdır.

XS
SM
MD
LG