Accessibility links

Eynulla Fətullayev: Kim mənim azadlığa çıxmağıma kömək edibsə, hamısına təşəkkür edirəm (AUDİO)


Eynulla Fətullayev: Kim mənim azadlığa çıxmağıma kömək edibsə, hamısına təşəkkür edirəm (AUDİO)
Eynulla Fətullayev: Kim mənim azadlığa çıxmağıma kömək edibsə, hamısına təşəkkür edirəm (AUDİO)

Eynulla Fətullayev deyir ki, mən jurnalistəm və həyatımın 12 ilini bu peşəyə həsr etmişəm. Əlbəttə, çox istərdim ki, jurnalist fəaliyyətimi davam etdirim. Amma, bu məsələ Azərbaycan hökumətindən asılıdır. Azərbaycan hökuməti mənim həyat və fəaliyyətimə təminat versə, eyni zamanda şərait yaradılsa şübhəsiz ki, Azərbaycanda qalıb fəaliyyətimi davam etdirəcəm.

Bu gün prezident sərəncamı ilə Gündəlik Azərbaycan qəzetinin baş redaktoru Eynulla Fətullayev əfv olunub. O Amerikanın Səsi radiosuna müsahibəsində beynəlxalq ictimaiyyətə, o cümlədən Amerika hökumətinə, Amerikanın Azərbaycandakı səfiri Metyu Brayzaya, media ictimaiyyətinə, Avropa Şurasına, ATƏT-ə, Avropa Birliyinə minnətdarlıq bildirib. Eynulla Fətullayev Azərbaycan hökuməti imkan verərsə ölkədə qalıb jurnalist fəaliyyətini davam etdirəcəyini bildirib.

Sual: Əfv fərmanını və həbsədən azad edilməyinizi necə qiymətləndirirsiniz?

Cavab: İlk növbədə hamıya, mənə mənəvi dəstək göstərən, eyni zamanda daim mənə dəstək göstərən bütün insanlara təşəkkür edirəm. İlk növbədə, Avropa Şurasına və şəxsən cənab Tomas Hammerberqə, cənab Turbon Yanlanda, Avropa İttifaqına, cənab Semnebi uzun müddət Azərbaycan hökuməti ilə danışıqlar aparırdı, o çox əziyyət çəkdi, təşəkkür edirəm. Amerika dövlətinə, hökumətinə, səfir Metyu Brayzaya təşəkkür edirəm. Onların çox böyük əziyyəti oldu. Norveç, Fransa hökumətlərinə, yəni bütün beynəlxalq ictimaiyyətə təşəkkür edirəm. Beynəlxalq ictimiayyət mənim məsələmə xüsusi önəm verdi. Çünki, mən Avropa dəyərlərinin daşıyıcısı olmuşam, həmişə bu dəyərləri təbliğ etmişəm və sevmişəm. Şübhəsiz ki, bu diqqət və xilasdan sonra Avropa dəyərlərini daha da sevəcəm. Eyni zamanda, bizim milli mənəvi dəyərlərimiz də var. Mən, bu milli dəyərlərə də həmişə bağlı insanam. İki ay bundan öncə, mən prezident İlham Əliyevə şəxsi məktub yazmışdım. Hiss etdim ki, mənim şəxsi məktubuma da dərhal reaksiya verdi və məni azadlığa buraxdı. Azadlığa buraxdığına görə, ona da təşəkkür edirəm. Bir sözlə, kim mənim azadlığa çıxmağıma kömək edibsə, hamısına təşəkkür edirəm.

Sual: Bundan sonra həyatınızı necə quracaqsınız? Juranlist fəaliyyətini davam etdirəcəksinizmi?

Cavab: Əlbəttə, şübhəsiz ki, mən jurnalistəm. Bizim çox gözəl bir peşəmiz var. Mənim ətrafımda 4 illik həbs müddətində cərəyan edən hadisələr bir daha nümayiş etdirdi ki, biz doğrudanda gözəl bir peşənin təmsilçiləriyik. Yəni bizi həmrəylik, azadlıq birləşdirir. Yəni bizi elə bağlar birləşdirir ki, bu bağları heç bir hökumət qıra bilməz. Bəli, mən jurnalsitəm və həyatımın 12 ilini bu peşəyə həsr etmişəm. Əlbəttə, çox istərdim ki, jurnalist fəaliyyəimi davam etdirim. Amma, bu məsələ Azərbaycan hökumətindən asılıdır. Azərbaycan hökuməti mənim həyat və fəaliyyətimə təminat versə, eyni zamanda şərait yaradılsa şübhəsiz ki, Azərbaycanda qalıb fəaliyyətimi davam etdirəcəm. Burada çox şey məndən asılıdır, amma hər şey də məndən asılı deyil.

Sual: Yəni, xaricə də getmək istəyirsiniz? Belə təklif olub?

Cavab: Mən bu gün heç nə deyə bilmərəm. Ola bilər ki, elə bir şərait yaransın ki... Bilirsiniz, mən başqa bir ölkədə həbs edilmişdim, amma fərqli bir ölkədə azadlığa çıxmışam. Bunu da nəzərə alın. Yəni, mən 2007-ci ildə həbs olunmuşam 2011-ci ilin mayında həbsdən azad edilmişəm. Yəni, ölkədə dəyişikliklər baş verib. Şübhəsiz ki, jurnalist fəaliyyətimi davam etdirmək istəyirəm. Təminat verilsə, şərait yaradılsa fəaliyyətimi davam etdirəcəm.

Sual: Həbsxana həyatınızı necə qiymətləndirisiniz? Sizə qarşı münasibət necə olub?

Cavab: Azadlığa çıxandan sonra mənə dedilər ki, ilk təəssüratınız? Mən dedim ki, azadlıq qeyri azadlıqdan yaxşıdır. Həbsxanada, əslində mən jurnalist fəaliyyətimi davam etdirmişəm. Daim yazılar yazmışam, fikirlər bildirmişəm. Mənə qarşı çoxsaylı məhkəmələr keçirilib və publisist statusumu qoruyub saxlamışam. Yəni, həbsxana həyatım haqqında çox danışmışam. Aleksandr Soljenitsinin bir sözü var, “Arxipelaq qulaq” əsərində oxumuşam. O yazır ki, həyatada xoşbəxtlik varsa, bu uzun həbsxana həyatından sonra insanın keçirdiyi ilk ilidir. Mən bu xoşbəxtliyi və azadlığı duymaq istəyirəm.

Eynulla Fətullayevin azadlığa buraxılması barədə Amerikanın səsinin ingilis dili redaksiyasının xəbərinə aşağıdakı linkdən daxil ola bilərsiniz:

http://blogs.voanews.com/breaking-news/2011/05/26/azerbaijani-journalist-pardoned-released/

XS
SM
MD
LG