Accessibility links

Avropa Mərkəzi Bankının rəsmiləri borc böhranını müzakirə edib


Avropa Mərkəzi Bankının rəsmiləri borc böhranını müzakirə edib
Avropa Mərkəzi Bankının rəsmiləri borc böhranını müzakirə edib

Avropa Mərkəzi Bankının rəsmiləri həm Avropa, həm də Birləşmiş Ştatların qarşılaşdığı borc böhranını müzakirə etmək üçün təcili telefon danışıqları aparıb. Danışıqlar zamanı İtaliya iqtisadiyyatının möhkəmləndirilməsi və Avropanın vahid valyutası olan avronu qorumaq üçün hökumət istiqrazlarının alınmasının mümkünlüyü müzakirə edilib. Bununla yanaşı, Standard and Poor’s reytinq agentiyinin ABŞ-ın reytinqini endirməsinin Avropada maliyyə bazarlarına təsiri ilə bağlı narahatlıqlar mövcuddur. Cümə günü İtaliyanın Baş naziri Silvio Berluskoni defisit probleminin həlli məqsədilə yeni tədbirlərin həyata keçiriləcəyini və iqtisadi islahatların sürətləndiriləcəyini elan edib. Avropanın iqtisadiyyat cəhətdən inkişaf etmiş üçüncü və dördüncü ölkələr olan İtaliya və İspaniyada hökumət borclarının avro üçün təhlükə yaratması ilə bağlı narahatlıqlar Avropada fond indekslərinin kəskin enməsinə səbəb olub.

XS
SM
MD
LG