Qlobal bazarları Amerika tarixində ilk dəfə ABŞ kredit reytinqinin “Standart and Poors” reytinq agentliyi tərəfindən endirilməsinə mənfi reaksiya verməyə davam edir.
Bu gün Asiya boyu başlıca indekslər 2-4 faiz arası düşüb. Val Stritin açılışı ərəfəsində Nyu-Yorkda da Birja göstəriciləri aşağı olub.
Yaxın Şərq bazarları dünən kəskin şəkildə azalma ilə bağlanıb. Buraya Təl Əviv birja mübadiləsinin 7 faiz azalması da daxildir.
ABŞ maliyyə naziri Timoti Qaytner deyib ki, “S and P” ABŞ kredit reytinqini keçən həftə AAA səviyyəsindən aşağı endirəndə çox qeyri-müvafiq səbəb göstərib. Qaytnerin sözlərinə görə, “S and P” ABŞ-ın federal büdcəni tərtib etmək üçün yetərli riyazi biliyə malik olmadığını bildirib.
Asiya iqtisadçıları deyir ki, onlar bu gün ABŞ bazarlarının davranışını yaxından izləyəcək.