Accessibility links

İsveçrədə erməni soyqırımını inkar edən Türkiyə rəsmisi təhqiqatla üzləşir


İsveçrədə erməni soyqırımını inkar edən Türkiyə rəsmisi təhqiqatla üzləşir
İsveçrədə erməni soyqırımını inkar edən Türkiyə rəsmisi təhqiqatla üzləşir

Ötən həftə Türkiyə rəsmisinin Osmanlı türklərinin ermənilərə qarşı soyqırım törətmədiklərini deməsi İsveçrə rəsmilərinin diqqətini cəlb etdikdən sonra o, fikrində qalmaqda davam edir.

Türkiyənin Avropa İttifaqına dair məsələlər üzrə naziri Egemen Bağış ötən həftə Zürixə səfəri zamanı müxbirlərə 1915-ci ildə baş vermiş hadisənin soyqırım səviyyəsində olmadığını deyib Daha sonra o, “qoy məni gəlib tutsunlar” deyə əlavə edib.

Bu şərhlər İsveçrənin irqçilik əleyhinə qanununa ziddir. Həmin qanuna görə təxminən 100 il bundan əvvəl türklərin erməniləri kütləvi şəkildə qətlə yetirmələrini danmaq cinayət hesab edilir.

İsveçrəli erməni qrupun etdiyi şikayətdən sonra İsveçrə rəsmiləri hadisəni araşdırmaq üçün təhqiqata başlayıblar.

Buna cavab olaraq Türkiyə hökuməti İsveçrə səfirini Ankaraya çağırıb.

Bu gün Egemen Bağış diplomatik immuniteti əsas gətirərək, İsveçrə rəsmilərinin onu həbs edə bilməyəcəklərinə əmin olduğunu deyib.

XS
SM
MD
LG