Accessibility links

“Ərdəbildə 17 aydır fəhlələrə maaş yerinə boş vədlər verilir”


Mütəmadi şəkildə keçirilən etiraz aksiyaları və əlaqədar məsulların verdiyi vədlərə baxmyaraq, Ərdəbil dəmirəritmə zavodunun 213 işçisinin maaşı hələ ödənməyib.

Yarı-rəsmi Mehr agentliyinin məlumatına görə, mitinq keçirən fəhlələr arasında 17 aydır maaş almayanlar var.

Bu günlərdə keçirilən növbəti mitinqlərə dair bir reportaj yayımlayan agentlik maaşlarını tələb edən fəhlələrin ala bildiyi tək şeyin “məsulların boş vədləri” olduğunu yazır.

Son aylar ərzində vali, vilayətin Əmək və Sosial Müdafiə İdarəsinin məsulları, Ərdəbilin imam-cüməsi və bəzi digər məsullar dəfələrlə fəhlələrə müxtəlif vədlər verib.

XS
SM
MD
LG