Accessibility links

Təbrizdə maaşları ödənilməyən 200 işçi aksiya keçirib


2 aylıq maaşını ala bilməyən Təbriz maşınqayırma zavodunun təqribən 200 işçisi keçən günlərdə etiraz aksiyası keçirərək ödənməmiş maaşlarını tələb ediblər.

İLNA xəbər agentliyinin yaydığı məlumata görə, 200 işçi öncə zavod önündə, daha sonra isə yaxınlıqdakı küçəyə toplaşıblar.

Aksiya iştirakçıları gecikdirilən maaşları, sığorta haqları və digər hüquqlarını tələb edirlər.

İLNA-nın yazdığına görə, Təbriz qubernatoru və bir neçə başqa yerli məsul etirazların genişlənməməsi üçün işçilərin yanına gedib onların tələblərini dinləyiblər. Təbriz qubernatoru işçilərə tələblərinin nəzərdən keçiriləcəyinə söz verib.

XS
SM
MD
LG