Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin martın 28-də Batumidə keçiriləcək növbəti üçtərəfli görüşdə 2013-2015-ci illər üçün qurumlararası əməkdaşlıq planı qəbul ediləcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi brifinqdə Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqania deyib.
Onun sözlərinə görə, bu plan müvafiq şöbələri tərəfindən hazırlanıb və bura xüsusi layihələr və təşəbbüslər daxil edilib.
"Bura iqtisadiyyat, enerji, ətraf mühit, mədəniyyət, təhsil, idman və gənclər kimi sahələr daxildir", deyə Calaqania bildirib.
Qeyd edək ki, üç ölkənin xarici işlər nazirlərinin daha sonrakı görüşünün bu ilin ikinci yarısında Azərbaycanda keçirilməsi planlaşdırılır.