Accessibility links

Əli Hüseynli: Cinayət Məcəlləsi medianı təhqir və böhtandan çəkindirir [Video-Müsahibə]


Əli Hüseynli: Cinayət Məcəlləsi medianı təhqir və böhtandan çəkindirir
please wait

No media source currently available

0:00 0:08:25 0:00

Əli Hüseynov: Cinayət Məcəlləsi medianı təhqir və böhtandan çəkindirir

“KİV-in çap və ya internet üsulunda olmasının fərqi yoxdur”

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Amerikanın Səsinə müsahibəsində “Diffamasiya haqqında” qanun layihəsi, diffamasiyanın dekriminallaşdırlmasının dəstəklənməməsinin səbəbləri, ictimai təşəbbüslər və müzakirələr olmadan qanunların parlamentin müzakirəsinə çıxarılması ilə bağlı məsələlərə toxunub.

Müsahibədən seçmələr:

Başlıca fikir ayrılığı odur ki, biz Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinin dekriminallaşdırılmasını zəruri hesab etmirik və indi də bu fikirdə qalırıq.
- Azərbaycanın “Diffamasiya haqqında” qanunu qəbul edəcəyi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında öhdəliyi yoxdur. Amma son illər Avropa Şurası, ATƏT-in Bakı ofisi, Mətbuat Şurası, media təşkilatları bu məsələni ictimailəşdirib. Ölkə prezidentinin insan hüquqlarının müdafiəsinin səmərəliyinin artırılması ilə bağlı sonuncu fərmanında da “Diffamasiya haqqında” qanunun qəbul edilməsi Milli Məclisə tövsiyə edilib. Bundan sonra işlər daha da sürətləndirilib.

- Başlıca fikir ayrılığı odur ki, biz Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinin dekriminallaşdırılmasını zəruri hesab etmirik və indi də bu fikirdə qalırıq. Qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyasına təqdim edilib. Onlar Bakıda olub, biz fikrimizi söyləmişik. Hesab edirəm ki, bu qanunu
Bu maddələr medianı təhqir və böhtandan çəkindirir.
dediyim şərtlər çərçivəsində qəbul etmək olar.

- Cinayət Məcəlləsinin 147 və 147-ci maddəsi qalmalıdır. Bu maddələr medianı təhqir və böhtandan çəkindirir.

- Biz anlaya bilmirik ki, beynəlxalq təşkilatlar niyə Azərbaycanda 147 və 148-ci maddələrin dekriminallaşdırılması ilə bağlı israrlıdır. Bunu mən bilmirəm. Çünki Avropa Şurasının üzvü olan ölkələrin əksəriyyətində Cinayət Məcəlləsində şərəf və ləyaqətin təhqirinə, böhtana görə cinayət məsuliyyəti var.

Biz anlaya bilmirik ki, beynəlxalq təşkilatlar niyə Azərbaycanda 147 və 148-ci maddələrin dekriminallaşdırılması ilə bağlı israrlıdır.
- Beynəlxalq təşkilatların bir arqumentini eşitmişik. Onlar deyir ki, bu maddələr Avropa ölkələrində tətbiq olunmur. Amma bəzi ölkələrdə sanksiyalar Azərbaycandan da çoxdur. Azərbaycanda sanksiya 3 il azadlıqdan məhrum etmədir. Son illər Azərbaycanda da 147 və 148-ci maddələrlə həbs cəzaları verilməyib.

- Bütün qanunlar cəmiyyətin sifarişidir. Qanun layihələrinin əvvəlcədən cəmiyyətdə müzakirəsinə ehtiyac da yoxdur. Əsas odur ki, internetdə şərəf və ləyaqətin təhqiri çox müşahidə olunur.

Qanun layihələrinin əvvəlcədən cəmiyyətdə müzakirəsinə ehtiyac da yoxdur.
- Misal üçün “Azadlıq” radiosunda bir sıra müzakirələri müşahidə edirik. Hətta tanınmış şəxslərlə bağlı, Azərbaycanın tanınmış mədəniyyət nümayəndələri ilə bağlı bir sıra ifadələr var. Keçmiş siyasi xadimlərlə, tarixi şəxsiyyətlərlə bağlı bu həmişə var. Buna qarşı irad bildirənlər də var. Hesab edirəm ki, informasiyanız yanlışdır. Xatırlayırsınızsa bir neçə mədəniyyət xadimləri ilə bağlı diskussiyalar da oldu, siyasi personalar da diskussiyaya qatıldılar. Əslində cəmiyyətin bir sifarişi var. Çünki son dövrlər mediada təhqir və böhtanının sayı durmadan artır. Çünki internet mediası tam azaddır.

- Qanuna prokurorluğun təşəbbüsü ilə edilən dəyişiklik tam texniki və dəqiqləşdirmə xarakteri daşıyır. Çünki KİV-in çap və ya internet üsulunda olmasının fərqi yoxdur. Çox təəssüf edirəm ki, beynəlxalq təşkilatlar qanuna edilmiş texniki və dəqiqləşdirmə xarakterli dəyişikliyin mahiyyətini öyrənmədən ənənəvi olaraq tələsik, faktları araşdırmamış bəyanatlar verir.
XS
SM
MD
LG