Bu gün Bakı vaxtı ilə axşam saat 11:00 radələrində sosial şəbəkələrdə bir neçə gəncin saxlanılması barədə məlumat yayılıb. Saxlanılanlar arasında adı çəkilənlərdən Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin sədri Amerikanın Səsinə verdiyi müsahibədə olayın baş verməsini təsdiqləsə də, hazırda sərbəst buraxıldıqlarını, ancaq polis nəzarətində saxlandıqlarını bildirib. Onun sözlərinə görə, 3 gündür ATƏT-in və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi olan "Fəal vətəndaşlıq" təlimində iştirak edirdilər: "Bu gün təlim qurtarandan sonra hotelin kafesinə düşdük və bu zaman xəbər gəldi ki, aşağıda polis işçilər var. Daha sonra kafeyə təxminən 15 nəfər mülki geyimli daxil oldu və bizi maşına doğru aparmağa başladı" - deyə Əbülfəz Qurbanlı Amerikanın Səsinə bildirib.
Saxlanılanlar arasında AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və sədr müavini Nihad Hüseyn, Vətəndaş Həmrəyliyi Partiyasından Samir Əsədli və Pünhan İmamlı, Azərbaycan Demokrat Partiyasından Cəmil Hacıyev, Şəhla Hacıyeva, Azərbaycan Milli İstiqlal Partiyasından Asiya Cəlilova, Müsavat Partiyasından Yeganə Hacıyeva və başqaları olub.
Əbülfəz Qurbanlı deyir ki, hoteldə Yeni Azərbaycan Partiyasındən gənclər də olub, lakin polislər "öz adamımızsınız" deyərək, onları saxlamayıb. “Bizi maşına aparanda gördük ki, ATƏT-in Demokratiya Şöbəsinin işçisi Elgün Tağıyev döyülüb, burnunun üstü dağılıb, burnunun üzərindən vurmuşdular, qan axırdı” - deyə Əbülfəz Qurbanlı bildirib. O, hazırda sərbəst buraxılmaqlarını da ATƏT-in əməkdaşının döyülməsi ilə bağlı olduğunu istisna etməyib.
Əbülfəz Qurbanlı ilə müsahibəyə tam buradan qulaq asın:
Müsahibədən sonra Əbülfəz Qurbanlı redaksiyamızla əlaqə saxlayıb, fikirlərində düzəliş etmək istədiyini bildirdi: "ATƏT-in işçisi Elgün Tağıyev deyir ki, o döyülməyib, qapıya dəyib. Amma polis məni aparanda gördüm ki, Elgünün burnundan qan axır. Sonra mənə bir neçə nəfər dedi ki, görmüşük polislər onu döyüblər. Polislər gedəndən sonra Elgün hamımızı yığdı, izahat verdi ki, onu döyməyiblər, sadəcə qapıya dəyib və burnu qanayıb. Tədbirdə iştirak edənlərdən bir nəfər dedi ki, o dəqiq görüb. Mən də mediaya buna görə demişəm ki, Elgün Tağıyev döyülüb. Yenə deyirəm özü bunu rədd edir. Döyülmədiyini deyir".