Accessibility links

CIA və Mayk Pompeo Trampa Xaşuqci hesabatı barədə məruzə edib


Ağ Evin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampa şəngə günü Kaliforniyaya doğru uçarkən təyyarədə Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlinə Səudiyyənin vəliəhdi Məhəmməd bin Salmanın göstəriş verdiyinə dair hesabatı barədəməruzə edilib.

Tramp CIA-in hesabatında telefonda idarənin rəhbəri Gina Haspel və dövlət katibi Mayk Pompeo ilə müzakirə edib. Bu barədə Ağ Evin sözçüsü Sara Hakabi Sanders müxbirlərə bildirib.

CIA hesabatı barədə həmçinin Konqres də daxil olmaqla ABŞ hökümətinin digər qolları məruzə edib. Bu isə Trampın ABŞ-ın müttəfiqi ilə əlaqələrini qoruyub saxlamaq səylərini çətinləşdirir.

CIA-in hesabatı ilə bağlı yaxından məlumatı olan mənbə bildirib ki, hesabat şahzadənin Səudiyyə hökümətindəki mərkəzi rolu ilə bağlı dəlillərə əsaslanıb.

Daha öncə ABŞ prezidenti Donald Tramp şənbə günü demişdi ki, ona Mərkəzi Kəşfiyyat İdarəsinin Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salmanın səudiyyəli jurnalistin öldürülməsinə göstəriş verdiyinə dair hesabatı bu günün daha gec saatlarında baş tutacaq.

“Biz daha sonra CIA və başqaları ilə danışacağıq. Bu mən təyyarədə ikən baş verəcək” -deyə, Tramp Kaliforniyaya yola düşmədən öncə Ağ Evdə müxbirlərə bildiirb. “Mən həmçinin dövlət katibi Mayk Pompeo ilə də danışacam.”

ABŞ rəsmiləri deyir ki, CIA 15 səudiyyəli agentin Səudiyyə Ərəbistanına məxsus təyyarədə İstanbula gəlib, Səudiyyə konsulluğunda Xaşuqcini öldürdüyünə dair nəticəyə gəlib.

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman

The Washington Post-da məqalələri dərc olunan və Səudiyyə vəliəhdini təqdin edən Xaşuqci oktyabr ayında türkiyəli qadınla evlənmək üçün tələb olunan səndələri almq məqsədilə Ər-Riyadın İstanbuldakı konsulluğuna daxil olandan sonra öldürülüb.

The Washington Post-da bildilir ki, CIA bir sıra kəşfiyyat mənbələrini nəzərdən keçirdikdən sonra bu nəticəyə gəlib. Buna şahzadənin qardaşı, Səudiyyənin ABŞ-dakı səfiri Xalid bin Salmanın Xaşuqci ilə telefon danışığı daxildir.

Qəzetdə deyilir ki, Xalid Xaşuqciyə sənədlərini almaq üçün Səudiyyənin İstanbuldakı konsulluğuna getməli olduğunu söyləyib və onu bunun təhlükəsiz olduğuna inandırıb.

Qəzet telefon zəngindən xəbərdar olan insanlara istinadən yazıb ki, Xalidin Xaşuqcinin öldürüləcəyini bilib-bilmədiyi bəlli deyil, amma o, Xaşuqciyə qardaşının göstərişi ilə zəng edib.

Səfir Xalid bin Salman cümə günü Twitter Xaşuqci ilə telefonla danışdığını inkar edib.

“Mən Xaşuqci ilə son dəfə onun ölümündən təxminən bir il öncə, 2017-ci ilin oktyabrın 26-da mesajla əlaqə saxlamışam. Mən heç vaxt onunla telefonla danışmamışam və hər hansı səbəbdən Türkiyəyə getməsini təklif etməmişəm. Mən ABŞ hökümətini bu iddia ilə bağlı bütün məlumatları açıqlamağa çağırıram" - deyə o, Twitter mesajında bildirib.

Mən Xaşuqci ilə son dəfə onun ölümündən təxminən bir il öncə, 2017-ci ilin oktyabrın 26-da mesajla əlaqə saxlamışam. Mən heç vaxt onunla telefonla danışmamışam və hər hansı səbəbdən Türkiyəyə getməsini təklif etməmişəm. Mən ABŞ hökümətini bu iddia ilə bağlı bütün məlumatları açıqlamağa çağırıram.
Xalid Bin Salman

Səudiyyə rəsmiləri Xaşuqcinin qətlinin qəsdən olmadığını və rəsmilərin Xaşuqcini Səudiyyə Ərəbistanına geri dönməyə məcbur etməyə çalışdıqlarını deyir.

Türkiyə rəsmiləri isə onun qətlinin öncədən planlaşdırıldığını deyir və Səudiyyəni Xaşuqcinin ölümünə görə məsuliyyət daşıyanların Türkiyədə məhkəməyə çıxarılmasına icazə vermələri üçün təzyiq göstərir.

Tarmp administrasiyası bu həftə qəttlə əlaqəsi olmaqda ittiham olunan 17 Səudiyyə rəsmisinə qarşı sanksiya elan edib. Lakin bəzi ABŞ qanunvericiləri Ağ Evi daha çox tədbir görməyə çağırıb. Buna Səudiyyə Ərəbistanına silah satışını azaltmaq daxildir.

Prezident Donald Tramp deyib ki, Səudiyyə höküməti qətli ört-basdır etməyə çalışıb.

Lakin o, Səudiyyə Ərəbistanına silah satışını azaltmaq çağırışlarına müqavimət göstərib. ABŞ prezidenti İranın Yaxın Şərqdə nüfuzunun qarşı çıxmaq və Vaşinqtonla Ər-Riyad arasında silah sazişlərini artırmaq məqsədilə Səudiyyə Ərəbistanı ilə daha yaxın əlaqə qurub.

XS
SM
MD
LG