Accessibility links

"Demokratlar üçün Miçiqan ştatında kimin qalib gələcəyi çox vacib idi"


"Demokratlar üçün Miçiqan ştatında kimin qalib gələcəyi çox vacib idi"
please wait

No media source currently available

0:00 0:21:47 0:00

Harvard universitetinin Kennedi İdarəçilik Məktəbinin magistr məzunu Vüqar Salamlı ilə Demokrat Partiyasından prezidentliyə namizədlik uğrunda keçirilən seçkiləri müzakirə edirik. Vüqar Salamlının sözlərinə görə, keçmiş vitse-prezident Jo Bayden ötən super çərşənbə axşamı seçkilərində çox ciddi üstünlük əldə etmişdi. Buna görə də Berni Sanders fərqi azaltmaq üçün martın 10-unda keçirilən seçkilərdə çox güclü qələbələr qazanmalıydı. “Demokratlara elə bil namizəd lazım idi ki, ümumi seçkilər üçün çox vacib olan Miçiqan ştatında öz üstünlüyünü təsdiq etsin. Buna görə də Sandersin komandası bu ştata xüsusi diqqət ayırırdı. Lakin, Berni Sandersin bu ştatda böyük fərqlə məğlub olmasından sonra artıq onun özü də, komandası da başa düşür ki, Demokrat Partiyasından prezidentliyə namizədlik uğrunda yarışda Jo Baydenə qalib gəlmək demək olar ki, mümkün deyil. Siyasi şərhçi onu da əlavə edir ki, indi bütün diqqətlər bazar günü keçiriləcək debatdadır. “Bayden komandasının narahatlığı ondan ibarətdir ki, indiyə kimi heç vaxt Baydenla Sanders üzbəüz debat etməyiblər. Bu 2 saatlıq bir imkan olacaq ki, hər ikisi bir-birinə suallar versinlər, müzakirə aparsınlar, mübahisə etsinlər. Buna görə də debatın hansı nəticələr gətirəcəyini, gələn həftə vacib 4 ştatda baş tutacaq seçkilərin nəticələrini necə dəyişəcəyini təxmin etmək çətindir.”

XS
SM
MD
LG