Accessibility links

Dağıstanda polisi hədəf alan növbəti intiharçı hücumları


Rusiya rəsmiləri Şimali Qafqaz regionun Dağıstan Respublikasında baş vermiş iki bomba hücumuna görə intiharçıları ittiham edib. Hücumlar zamanı 13 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb.

Rəsmilər deyir ki, hücumlardan biri Dağıstanın paytaxtı Mahaçqala şəhərində yoxlama məntəqəsi yaxınlığında polis intihatçının avtomobilinə yaxınlaşan zaman baş verib.

İkinci partlayış isə hadisə yerinə fövqəladə hallar işçiləri gələndə həyata keçirilib. Partlayışlar ərazidə yanğınlara səbəb olub və bu da bir neçə avtomobilin ciddi ziyan görməsi ilə nəticələnib.

Dağıstan islamçı yaraqlılar oxşar hücum taktikaları ilə polisləri hədəf alır.

Keçən ilin martında Moskvada iki intiharçı hücumu 40 nəfərin həyatına son qoymuşdu. Hücuma görə məsuliyyət daşıyan hər iki qadın Dağıstan regionundan idi.

XS
SM
MD
LG