Accessibility links

Qarabağda iki Azərbaycan vətəndaşının məhkəməsi başlayıb


Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmədə
Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmədə

Oktyabrın 27-də Qarabağda iki Azərbaycan vətəndaşı – Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi üzrə məhkəmə prosesi başlayıb.

Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmədə
Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmədə

Hər iki şəxs bu ilin iyulunda Azərbaycanın ermənilərin nəzarətində olan Kəlbəcər rayonunda saxlanılıb. Ermənistan tərəfi onları diversiya və casusluq, sərhəddi pozmaq, qanunsuz silah saxlamaq, ondan istifadə, yerli sakinlərin qətli və oğurlanmasında ittiham edir.

Əsgərov və Quliyevlə birgə Kəlbəcərə gedən Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb.

Azərbaycan tərəfi Ermənistanın ittihamlarını rədd edir və vətəndaşlarının “işğal altında qalan qohumlarının qəbrini ziyarət məqsədi ilə Kəlbəcərə getdiyini” bildirir. Azərbaycan hərbi və təhlükəsizlik orqanları öldürülən və tutulan şəxslərin onların əməkdaşı olmadığını bəyan edib.

Girov Dilqəm Əsgərov
Girov Dilqəm Əsgərov

Ermənistan mediasının yaydığı videodan göründüyü kimi Quliyev və Əsgərov xüsusi təyinatlıların müşayiəti ilə gözübağlı şəkildə məhkəmə zalına gətirilib. Onlar tutulan zaman Ermənistanın yaydığı fotolar ilə müqayisədə xeyli arıq görünür.

Xatırladaq ki, Qarabağda Azərbaycan vətəndaşlarının məhkəməsinin başlanması Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə bu gün Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə keçirilən görüşü ilə eyni vaxta təsadüf edir.

XS
SM
MD
LG