“Daha böyük işlər görə bilmək üçün ABŞ-a gəlmişəm”
Rok musiqiçisi Altun Zeynalov artıq bir ilə yaxındır ki, Kaliforniya ştatının Los Anceles şəhərində yaşayır. Uşaqlıq arzusunu reallaşdırmaq üçün ABŞ-a üz tutan Altun düşünür ki, musiqi və təbiət insanları bir araya gətirən və onları xoşbəxt hiss elətdirən ən əsas ünsürlərdir. Bir neçə həftə öncə Los Ancelesdə çəkdirdiyi klipi insanın şəhərdən uzaqlaşaraq təbiətə qovuşması sayəsində xoşbəxtlik əldə etməsindən bəhs edir. Venis çimərliyində Altunla söhbətimiz zamanı gənc musiqiçi ABŞ-a köçmək qərarından, buradakı fəaliyyətindən və gələcək planlarından danışıb.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib