Accessibility links

Daşlaşmış ağaclar arasında


Daşlaşmış ağaclar arasında
please wait

No media source currently available

0:00 0:04:45 0:00

Təsəvvür edin ki, bir zamanlar dinozavrların var olduğu torpaqlarda gəzirsiniz. Arizona ştatının şimalında, Apaçi və Nohave ərazilərinin kəsişməsində yerləşən Daşlaşmış Meşə Milli Parkı da bu yerlərdəndir. 225 milyon il əvvəl hündürlüyü 80 metrə çatan iynəyarpaqlı ağacların mövcud olduğu bu ərazilər baş verən vulkanik hadisələrin nəticəsində milyon illər boyunca kül və çöküntülərin altında qaldıqdan sonra daşlaşmış ağaclar formasında üzə çıxıb. Milli parklara səfərimin növbəti dayanacağı da məhz bu ağacların qorunduğu park oldu.

XS
SM
MD
LG