İctimai Palatanın 8 apreldə keçirdiyi mitinqə çağırış vərəqələri yaydıqlarına görə 7 nəfər gənc fəal inzibati həbsə məruz qalıb.
Vəkil Əsabəli Mustafayev gənclərin həbsini qanunsuz adlandırıb. “Ölkədə hər hansı qanun vərəq yaymağı qadağan etmir”.
Bazar ertəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Nihad Hüseynov 15 sutka həbs edilib. Təşkilatın digər fəalları Cəlal Qafarov və Zülfüqar Qubadov 12, Elçin Dəmirov 11 sutka həbs cəzası alıb. Müsavat Partiyasının gənc fəalı Elnur Əsgərli 11 sutka, onun partiya yoldaşları Teymur Fərzəliyev və Qail Qafarov 3 sutka həbs cəzası alıb.
Xatırladaq ki, İctimai Palatanın aprelin 8-də keçirdiyi mitinq hakimiyyət tərəfindən sanksiyalaşdırılmışdı.