Coni Dey fosil yataqları
1850-ci illərdən bəri elm adamları və paleontoloqlar tərəfindən geoloji araşdırmaların aparıldığı Coni Dey və ətraf ərazilər qədimdə burada yaşamış heyvanların vərdişlərini öyrənməkdə böyük yardımçı olub. Hal-hazırda Tomas Kondon Paleontologiya Mərkəzində 500-dən çox fosil növünə rast gəlmək olar. Mərkəzin yanında yerləşən Ceyms Kant Ranç muzeyi tarixən burada yaşamış və fermerliklə məşğul olmuş insanların həyat tərzini nümayiş etdirmək üçün sanki 18-19-cu əsrlərdən bəri heç toxunulmamış bir teatrik səhnəcik kimi qurulub. Kant Ranç Vadi və ətraf ərazilərin ticarət və sosial inkişafında mühüm rol oynadığı üçün 1984-cü ildə ABŞ-ın Tarixi Yerlərin Milli Reyestri siyahısına salınmışdır.
Episodes
-
Yanvar 24, 2025
Azərbaycanlı tələbələr niyə təhsil üçün Türkiyəni seçirlər?
-
Yanvar 24, 2025
Ukraynalılar Birlik Günündə qəhrəmanlarını anır
-
Yanvar 23, 2025
Məhkəmə jurnalist Natiq Cavadlını ev dustaqlığına buraxmadı