"Parlament xalq hakimiyyətinin bir formasıdır və Azərbaycanın istiqlalından təxminən 6 ay sonra belə bir xalq idarəçiliyinin formasının yaranması, parlamentin mütləq hakimiyyətə çevrilməsi Azərbaycanın çox böyük tarixi nailiyyəti idi," deyə tarixçi və Milli Şuranın sədri Cəmil Həsənli 100 il öncə Azərbaycan Xalq Cümhuriyyətində parlamentin təşəkkül tapmasını tarixi əhəmiyyətini dəyərləndirir.
Bugünkü qanunverici məclis Azərbaycanda prezident idarəçiliyinin bir əlavəsidir. Qanunların da 80 faizə yaxını prezident aparatından gəlir.
Onun sözlərinə görə, 100 il əvvəl yaranmış Azərbaycan parlamenti sırf müstəqil bir dövlətin xalq təmsilçiliyi forması idi və o zaman Azərbaycanda müxtəlif Avropa ölkələrindən gələn komissiyalar öz ölkələrinə verdikləri hesabatda Azərbaycandakı mövcud idarəçilik fomasını "nümunəvi" siyasi quruluş kimi qeyd edirdilər. Belə ki, bu, sözün əsl mənasında həqiqi bir xalq hakimiyyəti idi.
AXC-nin Sovet Rusiyası tərəfindən işğalından bəri davam edən prosesləri və Azərbaycanda parlament ənənəsinin tənəzzülə uğradığına diqqət çəkən Cəmil Həsənli hazırkı parlamentin acınacaqlı durumda olduğunu vurğulayır:
"Birinci Azərbaycanın parlamenti o qədər dağın zirvəsində olub ki, bütün yüz il boyunca biz o dağı üzüaşağı getməyə meyllənmişik və bu gün də gəlib düşmüşük o dərənin dibinə."
Cəmil Həsənli hesab edir ki, bugünkü parlament xalq təmsilçiliyini özündə hansısa formada ehtiva etmir.
"Bugünkü qanunverici məclis Azərbaycanda prezident idarəçiliyinin bir əlavəsidir. Qanunların da 80 faizə yaxını prezident aparatından gəlir. Buna qanunvericiliyin korrupsiyaya uğraması da demək olar."
Milli Şura sədri 2015-ci ildəç seçkidən 22 gün öncə parlamentə seçiciləcək 125 nəfər deputatın adını siyasi mətbuatda dərc etdikdən sonra 120-nin "doğru" çıxdığını deyərək hazırkı parlament üzvlərinin 96 faizinin seçilməsinin 22 gün qabaq məlum olmasına və bu faktın parlamentin xalq təmsilçiliyindən nə dərəcədə uzaq olmasına işarə etdiyinə diqqət çəkir.
Əgər cəmiyyət o parlamenti öz səsi ilə formalaşdırmayıbsa ondan bir gözləntisi də olmur.
Onun sözlərinə görə, ilk parlament Azərbaycanda siyasi azadlıqların genişləndirilməsi istiqamətində 230-dan çox qanun qəbul etmişdi. Hər qanun qəbul edildikcə partiyaların siyasi azadlıqlarının, vətəndaş hüquqlarının, sosial yaşam tərzinin inkişafı müşahidə olunurdu. Bəs indiki parlament?
"1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul olunduqdan sonra həmin Konstitusiyaya nə qədər əlavə dəyişikliklər olub. Hamısı da mənfi, repressiyanın artırılması istiqamətində. O vaxtdan bəri elə cərimələr var ki, 200 dəfə artırılıb. Bunların hamısı da siyasi azadlıqları boğmaq üçün idi."
Əgər cəmiyyət o parlamenti öz səsi ilə formalaşdırmayıbsa ondan bir gözləntisi də olmur, deyə Cəmil Həsənli bildirir.