Accessibility links

Bəxtiyar Hacıyevin məhkəməsi davam edib

Bəxtiyar Hacıyevin məhkəməsi davam edib
Bəxtiyar Hacıyevin məhkəməsi davam edib

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə ittiham olunur. Lakin yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları hesab edir ki, Bəxtiyar Hacıyev siyasi motivlərlə təqib olunur.

Bu gün Gəncə şəhəri Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə əsgəri xidmətə çağırışdan yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi davam edib.
Vəkil Elçin Namazovun sözlərinə görə, vəkillər prosesdə bir sıra vəsatətlər qaldırılıb. “Hakimdən səsyazma və video çəkilişə icazə verilməsi xahiş olunub. Hakim səsyazmaya icazə verməyib, yalnız qısa video çəkilişlə kifayətlənib. Məhkəmə eyni zamanda, Bəxtiyar Hacıyevə qarşı başlanan cinayət işinə xitam verilməsi barədə vəsatəti baxılmamış saxlayıb, Hacıyevin ziyalılar Firudin Cəlilov, Eldar Namazov və Cəmil Həsənli tərəfindən şəxsi zamin və girov müqabilində azadlığa buraxılması barədə vəsatətləri də təmin etmədi”.
Bəxtiyar Hacıyevin “Bəxtiyara azadlıq!” şüarı yazılmış maykalar geyinmiş çoxsaylı tərəfdarları isə məhkəmə zalına buraxılmayıb.

XS
SM
MD
LG