Accessibility links

Bulut Ələmdar: İran mediasının qaralamasına rəğmən Türkiyə iranlılar üçün cəlbedici bir ölkədir


Bulut Ələmdar
Bulut Ələmdar

Təbriz Ticarət Palatasının sədri Yunus Jailə təqribən 16 min iranlı investorun ölkədəki bərbad vəziyyət səbəbindən Türkiyəyə mühacirət etdiyini bildirib.

Bulut Ələmdar: İran mediasının qaralamasına rəğmən Türkiyə iranlılar üçün cəlbedici bir ölkədir
please wait

No media source currently available

0:00 0:15:55 0:00

İstanbulda turizm sektorunda çalışan Bulut Ələmdar Amerikanın Səsi ilə sohbətdə deyib ki, son vaxtlar İrandan xüsusilə Türkiyəyə mühacirət edən qadınların sayı olduqca artıb.

“Ümumiyyətlə Türkiyəyə qaçqın olaraq gələnlər var. İş adamları, iş quranlar var. Türkiyə, Avropa və İran arasında ticarət edənlər var. Tələbələr, çalışmaq üçün gələn insanlar var. Son zamanlarda İrandan gələn qadınların sayı çoxalıb. Bu kategoriyalara baxanda onların sayı Yunus Jailənin dediyindən çox çoxdur. Yunus bəy sadəcə İranda pulunu bankdan çəkən və ya evini mülkünü satıb, gəlib Türkiyədən mal-mülk alıb burada qalmaq istəyənləri nəzərdə tutur,” Ələmdar söyləyir.

Ümumiyyətlə Türkiyəyə qaçqın olaraq gələnlər var. İş adamları, iş quranlar var. Türkiyə, Avrupa və İran arasında ticarət edənlər var. Tələbələr, çalışmaq üçün gələn insanlar var. Son zamanlarda İrandan gələn qadınların sayı çoxalıb.

O, İranın bütün bölgələrindən Türkiyəyə mühacirətin artdığını bildirir:

“Daha öncə İrandan gələnlərin əksəriyyəti türklər olurdu, özəlliklə Azərbaycan bölgəsindən. Amma, indi baxırıq ki, İranın mərkəz və cənub bölgələrindən, hətta Bəluçistandan belə gələnlər var. Məşhəddən, İsfahandan, Kirman, Kirmanşah, Əhvaz, Bəndər-Abbasdan Türk Hava Yollarının İstanbula birbaşa uçuşları var. Bunlar üst-üstə dolu gəlir. Ev alanlar arasında da son dönəmlərdə İrandan gələnlərin içərisində türk olmayanların sayı daha çox artıb.”

Bulut Ələmdar investorlardan əlavə, Türkiyəyə mühacirət edənlərin böyük bir hissəsinin də iş tapmaq üçün gəldiyini önə çəkir.

“Bir qisim də, İranda universitet oxumasına rəğmən iş tapa bilmir. Türkiyədə iş imkanları daha çoxdur. Türkiyə istehsalçı bir ölkədir. İran kimi neft və ya sadəcə təbii qaynaqlara dayanan bir iqtisadiyyatı yoxdur. Yeni rəqəmlərə görə, indi İstanbulda toxuculuq sənayesində 10 faiz iranlı normal işçilər çalışır,” o, bildirir.

Bulut Ələmdar son vaxtlar İrandan Türkiyəyə mühacirət edən qadınların sayının olduqca artdığını vurğulayır:

Daha öncələr İrandan gələnlərin əksəriyyəti türklər olurdu, özəlliklə Azərbaycan bölgəsindən. Amma, indi baxırıq ki, İranın mərkəz və cənub bölgələrindən hətta Bəluçistana qədər gələnlər var.

“Türkiyədə qadınlar daha çox fəaldır. Həm siyasətdə, həm istehsalda, həm ticarətdə. İrandan buraya gələn qadınların da sayı son zamanlar çox artıb. Burada qadın evi var. İranlı qadınlar da, onları əziyyət edən biri olsa, və ya iranlı bir ailə burada yaşayırsa, onun əri o qadını incitsə, ona pulsuz vəkil verirlər. Dövlət onun arxasında durur. İrana görə daha çox rahat yaşaya bilirlər. Türkiyədə qadınlar şirkət qurub, işçi aldıqları zaman dövlət onlara əlavə yardım edir. Məsələn əgər biri qadın işçi alıb, onu sığortlasa, bunu 6 ay dövlət ödəyir, qadın çalışdırdığı üçün. Mən rəsmi çalışanları deyirəm. Qaçaq çalışanlar fərqli məsələdir. Ona görə, burada bir qadın istər iş sahibi, istər işçi olsun, İrandan həm siyasi, həm ictimai, həm də ticari və iqtisadi anlamda Türkiyədə daha çox uğurlu olur.”

Ələmdar Türkiyə universitetlərində təhsil alan İran vətəndaşlarının çoxunun artıq İrana qayıtmadığını ifadə edir.

O, əlavə edir ki, “son dönəmlərdə İran mediasının Türkiyəni qaralama siyasətinə rəğmən, Türkiyənin iranlıların gözündə başqa bir cazibəsi var. Türkiyənin gerçək cazibəsini Türkiyəyə gəlib-gedən turistlərdən öyrənirlər.”

XS
SM
MD
LG